Alternative content

12:55 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İranda koronavirusdan ölənlərin sayı 3 mini keçib
İranda koronavirusdan ölənlərin sayı 3 mini keçib
ANA SƏHİFƏ / DÜNYA
15:38 02.04.2020

İranda koronavirusa yoluxanların sayı 47 min 593, ölənlərin sayı isə 3 min 36 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, xüsusi xəstəxanalarda müalicə aldıqdan sonra 15 min 473 nəfər sağalaraq evə buraxılıb. İranda təkrar yoluxma halları hələ ki, qeydə alınmayıb.

İranın daxili işlər naziri Rəhmani Fəzli bildirib ki, aprelin 8-də ali və orta məktəblərin fəaliyyəti bərpa oluna bilər. Lakin buna Səhiyyə Nazirliyinin də icazəsi lazımdır. Nazir bildirib ki, karantin tədbirləri virusun yayılma arealını azaldıb. Əhalinin şəhərlər arasında səfərləri 30 faiz, benzin istehlakı isə 55 faiz azalıb.

Nazir İranda virusun yayılmasının pik həddinin artıq geridə qaldığını bildirib. Bununla yanaşı dezinfeksiya işləri davam etdirilməlidir.

Üç min iranlı gəncin imzası ilə BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərilib. Gənclər baş katibdən xahiş ediblər ki, sanksiyalar ucbatından heç bir günahı olmayan insanların ölməsinə göz yummasın. Qeyd olunub ki, virusa yoluxanların sağalması mümkündür. Lakin sanksiyalar ucbatından İrana dərman preparatları satılmır və bu da ölüm hallarını daha çox artırır.

Məktubda qeyd edilir ki, virusun tüğyan etdiyi bir zamanda sanksiyaların qüvvədə saxlanılması humanizmə və insanlığa sığmır.

Türkiyə ilə yanaşı Almaniya da İrana humanitar yardım göstərib. Avropa İttifaqı isə maliyyə hesablaşması üçün yaradılmış xüsusi sistem vasitəsilə İrana yalnız humanitar yardım göstərib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM