Alternative content

12:11 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb
Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:33 02.04.2020

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər yetişdirən ixtisas hazırlığı kursları başa çatıb. Kursları uğurla bitirənlər xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kursları zamanı kursantlarla ümumqoşun və ixtisas hazırlıqlarından məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət şəxsi heyətə hərbi-nəzəri biliklərin və praktiki vərdişlərin öyrədilməsinə yönəldilib.

Kursları uğurla başa vuran məzunların növbəti xidmət yerlərinə yola salınması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kurslar zamanı kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, bütün növ zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.

Məzun Şahmar Şıxəliyev kurslarda qazandıqları bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.

Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, muxtar respublikada Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bu kursları uğurla başa vuran gənclərimiz Əlahiddə Ümumqoşun Orduda, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında şərəfli xidmətləri ilə seçilirlər. İnanırıq ki, hər zaman dövlət qayğısını üzərində hiss edən məzunlarımız da xalqdan güc alaraq və xalq-ordu birliyindən ruhlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, ötən tədris ilində olduğu kimi, bu il də ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. Tam orta məktəblərdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi üçün yaradılan şəraitin nəticəsidir ki, hər il yüzlərlə gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir. Bu gün məzun olan hərbi rəhbərlər də şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar.

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM