02 Aprel 2020 15:23
462
DÜNYA
A- A+

Dünyada koronavirusa yoluxanların sayı bir milyona yaxınlaşır


Dünya üzrə koronavirusa yoluxanların sayı artıq bir milyona yaxınlaşmaqdadır.

AZƏRTAC xəbər verir ki, aprelin 2-si səhər saatlarına olan məlumata görə, dünyada 938 min 370 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 47 min 286 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 195 min 371 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb. Burada 215 min 417 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 5 min 116 nəfərdir.

Avropada isə xəstələnən və ölən insanların sayına görə birinci yeri əvvəlki kimi İtaliya tutur – 110 min 574 yoluxma və 13 min 155 ölüm. İspaniyada 102 min 136 yoluxma və 9 min 53 ölüm, Almaniyada 73 min 522 yoluxma və 872 ölüm, Fransada 56 min 989 yoluxma və 4 min 32 ölüm, Böyük Britaniyada 29 min 842 yoluxma və 2 min 356 ölüm faktı qeydə alınıb.

Çinin materik hissəsində isə indiyə qədər 81 min 589 nəfərin yoluxduğu və 3 min 318 nəfərin öldüyü bildirilir.

Virusun ən çox yayıldığı ölkələrdən biri də İrandır. Burada rəsmi məlumata görə, 47 min 593 nəfərin testi pozitiv çıxıb, ölənlərin sayı isə 3 min 36 nəfərə yüksəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video