Alternative content

11:04 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixin ən qüdrətli Azərbaycanının şanlı qələbəsi
Tarixin ən qüdrətli Azərbaycanının şanlı qələbəsi
ANA SƏHİFƏ / SİYASƏT
15:05 02.04.2020

Aprel zəfəri Ali Baş Komandanın möhtəşəm hərbi strategiyasının və uğurlu ordu quruculuğu prosesinin real məntiqi nəticəsi oldu

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi qlobal layihələr, həmçinin Avrasiya məkanının yeni enerji və logistik xəritəsinin müəyyənləşməsində davamlı artan təsiri ölkəmizi beynəlxalq miqyasın nüfuzlu dövlətləri cərgəsinə yüksəldib. Artıq respublikamız dünya birliyi tərəfindən ən mühüm strateji proseslərin icrasında etibarlı tərəfdaş kimi qəbul olunmaqla bərabər, həm də bölgənin şəriksiz iqtisadi gücü, siyasi mərkəzi, bir sözlə, lideri sayılır.

Şübhəsiz ki, bu nailiyyətlər möhtərəm Prezidentimizin müdrik inkişaf strategiyasının real bəhrəsi və ən müasir qlobal çağırışlara uyğunlaşdırılaraq icra olunan yeni islahatlar konsepsiyasının təzahürləridir. Təsadüfi deyildir ki, bu qürur doğurucu müvəffəqiyyətləri yüksək dəyərləndirən Prezident İlham Əliyev müasir ölkəmizi "Tarixin ən qüdrətli Azərbaycanı” adlandırmışdır.

Ölkə rəhbərliyinin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin inkişafı bütün sahələrdə olduğu kimi, güclü ordu quruculuğunda da özünü göstərir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordumuz bu gün ölkə başçısı tərəfindən aparılan çoxsaylı və davamlı islahatlar nəticəsində sürətlə inkişaf edir. Bu diqqət və qayğının nəticəsində nüfuzlu "Global Firepower” portalının yekunlarına əsasən Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır.

Şanlı tariximizə qızıl hərflərlə yazılan qələbələrdən biri də 2016-cı ilin aprel ayında baş verdi. Aprel döyüşləri təkcə hərbi qələbə yox, xalqımızın, ordumuzun gücünü, ölkəmizin malik olduğu yüksək imkanları dünyaya aydın göstərən, Ermənistanın təcavüzkar silahlı qüvvələrinin bu günə qədər yuxularını ərşə çəkməklə qəlblərinə silinməz qorxu saldığı şanlı bir zəfərdir.

2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə düşmən təxribatının qarşısını alaraq, düşmənin layiqli dərsini vermişdir.

Cənab Ali Baş Komandanın göstərişlərinə uyğun olaraq ordumuz inamlı şəkildə döyüşmüş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz kəndləri istiqamətində bir çox mövqeləri düşməndən azad etmişdir. Ümumilikdə şanlı Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri 2000 hektarlıq ərazini düşməndən təmizləyərək, düşmən üzərində layiqli qələbə qazandı. Bu qələbə həm də ordumuzun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə olaraq tariximizə daxil oldu və sonradan qazanılacaq qələbələrin ilk müjdəçisi oldu.

Keçmiş bir zabit kimi deyə bilərəm ki, Aprel döyüşlərinin bizə qazandırdığı strateji ərazilər birbaşa olaraq hərbi əməliyyatların gələcəkdə də taleyinə təsir göstərmək əzmindədir. Belə ki, Aprel döyüşləri necə ki zəfərlərin ilk müjdəçisi idi, həmin ərazilər də Qarabağımıza gedən yolun qapısıdır və o qapı artıq bizimdir.

Belə ki, ordumuz həmin əraziləri nəzarətimizə keçirməklə həm də ayrı-ayrı rayonlarımızın təhlükəsizliyini birbaşa təmin etmişdir.

Biz böyük strateji üstünlüyə sahib olduğumuzla qürurlandığımız kimi, təcavüzkar da itirdiklərinin fərqində, böyük üzüntü və məyusluqda idi. Bu səbəbdən də cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etsələr də, Ordumuzun şücaəti qarşısında məqsədlərinə nail ola bilməmişlər.

Yüksək döyüş texnikasına və ondan da yüksək mənəvi hazırlığa malik olan ordumuz düşmən hücumunun qarşısını almaqla yanaşı, düşmən üçün zəruri olan Madagiz məntəqəsindəki hərbi bazanın qərargahına və erməni könüllülərini daşıyan avtobusa endirdiyi ardıcıl və nizamlı zərbələr nəticəsində düşmənin ehtiyat qüvvələrini belə məhv etmişdir.

İşğaldan azad edilən ərazilərdə ordumuz möhkəmlənməklə yeni mövqelər qurmuş, mühəndis-istehkam tədbirləri həyata keçirmiş və ən əsası Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gəlmişdi.

Qeyd olunan ərazilərin işğaldan azad edilməsi nəticəsində erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmışdır, hansı ki Ermənistan hökuməti bu gün də həmin itkiləri bərpa etmək gücündə deyil. Belə ki, ordumuz tərəfindən 320-dən artıq düşmən məhv edilmiş, 500-dən artığı yaralanmış, 30-dək tankı və zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılmışdır. Təbii ki, onlar döyüş meydanında olduqları kimi, rəsmi statistikanı da elan etməkdə çətinlik çəkirlər. Ermənistan hökuməti öz ölkəsində olan avtoritar rejimi pərdələmək, ölkədə gedən özbaşınalıq və yoxsulluqdan xalqın fikrini yayındırmaq, danışıqlara maneə olmaq məqsədilə müxtəlif vaxtlarda mövqeyimizi atəşə tutur, kiçik bir sapdan asılı qalan Ermənistan hökumətini sanki bu yollarla xilas etməyə cəhd edirlər.

Unutmasınlar ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul edilmiş dörd qətnaməsinin Ermənistan hökuməti tərəfindən bu günə qədər əsassız olaraq icra edilməməsi beynəlxalq hüquq normalarının tapdalanması faciəsidir.

Aprel döyüşləri zamanı dünyanın 30-dan çox ölkəsində Ermənistan səfirliyinin qarşısında etiraz mitinqləri keçirildi. Bütün beynəlxalq təşkilatlar qəbul edirdi ki, Azərbaycan Ordusu təcavüzkara qarşı öz ərazilərində əməliyyat aparıb və bu səbəbdən də beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr ölkəmiz əleyhinə bir söz demədilər. Bu məsələ ilə bağlı Ali Baş Komandanın bəyanatı, fikrimcə, bütün qüvvələrə aşkar mesaj, əsl hüquqi dəlil idi: "Erməni hərbi qulluqçusu ölmək istəmirsə, onda Azərbaycan ərazisinə gəlməsin”.

Baş verən dördgünlük döyüşlərin sonunda, ordumuz qarşısına qoyulmuş bütün döyüş tapşırığını layiqincə icra etdikdən sonra ölkəmiz qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş münaqişənin sülh yolu ilə həlli prinsipinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Döyüş meydanında göstərilən qəhrəmanlığın davamı olaraq dünyaya bir daha çatdırıldı ki, Ermənistan kimi qatil, qaniçən ölkə deyilik. Daha güclü orduya və böyük iradəyə sahib olsaq da, ölkəmiz ratifikasiya etdiyi beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyir. İstər döyüşdə, istərsə də diplomatiyada Ermənistan hökumətindən müqayisəolunmaz dərəcədə güclüyük və qalibiyyət, şübhəsiz, bizimdir. Eyni zamanda, işğal olunmuş ərazilərimizdə status-kvo mütləq dəyişdirilməli, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz işğaldan qeyd-şərtsiz azad olunmalıdır.

Bu gün bizim döyüş meydanında Aprel, diplomatiyada isə Vyana, Düşənbə, "Valday” və Münhen Təhlükəsizlik Konfransı kimi saymaqla bitməyən və hazırda da davam edən böyük zəfərlərimiz var.

Aprel zəfərini bizə qazandıran bütün şəhidlərə Allah rəhmət etsin və qazilərimizə cansağlığı arzulayıram.

Zəfər daim Azərbaycanla, Prezident İlham Əliyevlə olacaq!

Adil ƏLİYEV,

Milli Məclisin Sədr müavini





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM