02 Aprel 2020 14:03
411
CƏMİYYƏT
A- A+

65 yaşdan yuxarı sakinlərə sosial xidmətlər göstərilir


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qarşıya qoyduğu müvafiq tələblər Tovuz rayonunda da uğurla icra olunur. Belə ki, qəbul olunmuş qərarlara uyğun olaraq xüsusi karantin rejimi şəraitində həyata keçirilməsi zəruri sayılan tədbirlərdən biri də 65 yaşdan yuxarı insanların evdən çıxmasının qadağan edilməsi, həmin kateqoriyadan olan və tənha yaşayan şəxslərə sosial xidmətlərin göstərilməsidir.

Tovuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən yerli qərargahın verdiyi məlumata görə, bu istiqamətdə rayonda məqsədyönlü işlər həyata keçirilir. Bu məqsədlə də rayonda yaşayan 65 yaşdan yuxarı vətəndaşların, o cümlədən də tənha yaşayan ahılların siyahısı tərtib edilmişdir. Artıq bir neçə gündür ki, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və yerli özünüidarəetmə orqanları rəhbərləri, eləcə də Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin əməkdaşları tərəfindən rayon mərkəzində yaşayan 65 yaşdan yuxarı sakinlərə gündəlik tələbat mallarının paylanılmasına başlanmışdır. Aksiya zamanı hər bir tənha sakinin sağlamlıq durumunu öyrənmək məqsədilə həkimlər tərəfindən də müvafiq müayinələr aparılmış, onların sosial-məişət şəraiti, əsas tələbat mallarına, dərman vasitələrinə və tibbi ləvazimatlara olan ehtiyacları öyrənilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video