02 Aprel 2020 13:36
488
İQTİSADİYYAT
A- A+

İki ayda qeyri-neft sektoru üzrə 296 milyon dollarlıq ixrac reallaşdırılıb

Yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə 296 milyon dollarlıq ixrac reallaşdırılıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın mart sayına istinadla xəbər verir ki, iki ayda ölkəmizin ixracının dəyəri 3,2 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon dollar və ya 3,1 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon dollarlıq ixrac reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon dollar və ya 5 faiz artıb.

İki ayda Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 7,4 faiz, Türkiyəyə 18,5 faiz, İsveçrəyə 40 faiz və Çinə 19,9 faiz artıb.

Yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında isə pambıq mahlıcı (29,2 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 27,3 milyon dollar) ikinci və pomidor (24,7 milyon dollar) üçüncü olub.

Ümumiyyətlə, iki ayda meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 29,9 milyon, alüminium və ondan hazırlanan məmulatların 15,5 milyon, pambıq lifinin 30,4 milyon, kimya sənayesi məhsullarının 13,9 milyon, elektrik enerjisinin 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların 8,3 milyon, pambıq ipliyinin 6,3 milyon, şəkərin 2,1 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

Bu ilin fevralında isə qeyri-neft sektoru üzrə ixrac 155 milyon dollar təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 11 milyon dollar və ya 8 faiz artıb. Cari ilin fevralında qeyri neft-qaz məhsulları ən çox məhsul Türkiyəyə (42,2 milyon dollar), Rusiyaya (39,8 milyon dollar), Gürcüstana (26,4 milyon dollar), İsveçrəyə (11,8 milyon dollar) və İrana (4,2 milyon dollar) ixrac edilib.

Fevralda qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon dollar) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələri (11,5 milyon dollar) ikinci, tomat (pomidor 11,5 milyon dollar) üçüncü yerdə qərarlaşıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video