01 Aprel 2020 22:55
496
CƏMİYYƏT
A- A+

Sumqayıtda dizinfeksiya işləri davam edir

Karantin rejiminə əməl edilir

Sumqayıt şəhərində Koronavirus (Covid-19) pondemiyasının yarada biləcəyi təhlükənin aradan qaldırılması məqsədilə bütün sahələrdə dezinfeksiya işləri həyata keçirilir. Bu təkcə əhalinin yaşadığı ərazilərdə deyil, idarə və təşkilatlarda da aparılır.

"Azərpoçt MMC-nin Sumqayıt Poçt Filialında da qabaqlayıcı profilaktik tədbirlər görülməklədir. Əhalinin daim müraciət etdiyi bu xidmət sahəsi hər gün minlərlə insanla təmasda olur. Filialda xüsusi karantin rejimi tətbiq ediləndən səhər və axşam dizenfeksiya işləri aparılır. Xidmət sahəsinə daxil olan bina ilə yanaşı bir neçə metr masafədə yerləşən əraziə karantin qaydalarına uyğun dizinfeksiya işləri aparılır.

Onu da əlavə edək ki, Sumqayıtda bu xidmət sahəsinin tabeli poçt şöbələrində də mütamadi olaraq dizinfeksiya işləri aparılır. Həmin tabeli şöbələr şəhərin müxtəlif yaşayış massivlərində yerləşir və profilaktik tədbirlər geniş ərazini əhatə edir. Karanrin qaydalarına uyğun olaraq əməkdaşların hər biri ilə onlayn əlaqə yaradılmış, onlardan xüsusi rejimin tələblərinə əməl etmək tövsiyyə edilmişdir.

Poçt işçiləri eyni zamanda bir-biri ilə əlaqəni kəsmir, yaranan problemləri birlikdə həll edirlər. Karantin rejimində əməkdaşlar öz aralarında onlayn əlaqə yaratmışlar. Hazırda kolektiv hər gün öz əməkdaşlarının taleyi və sağlamlığı baradə məlumatı paylaşır. Buda onların bir ailə olduqlarını bariz şəkildə göstərir.

Akif ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video