Alternative content

11:11 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Teymur Rəcəbov FIDE-nin yeni reytinq siyahısında ilk onluqdakı mövqeyini qoruyub
Teymur Rəcəbov FIDE-nin yeni reytinq siyahısında ilk onluqdakı mövqeyini qoruyub
ANA SƏHİFƏ / İDMAN
21:24 01.04.2020

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yeni reytinq cədvəlində Azərbaycan qrossmeysterlərindən biri ilk onluqda qərarlaşıb. Dünya kubokunun sahibi Teymur Rəcəbov doqquzuncu pillədəki yerini qoruyub. Onun aktivində 2765 xal var. Şəhriyar Məmmədyarov isə onuncu sıradakı mövqeyini itirib. Aktivində 2764 xal olan Ş.Məmmədyarov bir pillə geriləyərək, on birinci yerdə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664 xal, 74-cü yer), Rauf Məmmədov (2654, 91-ci yer) ilk yüzlükdə yer alıblar.

Siyahıya norveçli hazırkı dünya çempionu Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) ikinci, çinli Liren Dinq (2791) üçüncü yerlərdə qərarlaşıblar.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə bir pillə geriləyib və 2443 xalla 29-cu yeri tutur. Gülnar Məmmədova 77-ci (2386 xal), Xanım Balacayeva 86-cı (2376 xal) pillədə qərarlaşıblar. Ülviyyə Fətəliyeva isə ilk yüzlükdən kənarda qalıb.

Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci sırada çinli Hou Yifan (2658 xal) qərarlaşıb. Hindistan şahmatçısı Humpi Koneru (2586 xal) və Rusiya təmsilçisi Aleksandra Qoryaçkina (2582 xal) sonrakı iki pilləni tutublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM