01 Aprel 2020 18:55
1796
PARLAMENT
A- A+

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin iclası keçirilib

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi videokonfrans vasitəsilə onlayn iclas keçirib.

Milli Məclisin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, iclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirdi ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir. Milli Məclis rəhbərliyinə belə bir imkanı yaratdığı üçün minnətdarlıq edən sədr qısa müddətdə bu təşəbbüsü dəstəklədiklərinə və onlayn iclasda aktiv iştirak etdiklərinə görə komitənin üzvlərinə də təşəkkür etdi.

İclasın gündəliyinə 8 məsələ daxil edilmişdi: Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, "Nəqliyyat haqqında”, "Aviasiya haqqında”, "Avtomobil nəqliyyatı haqqında” və "Dəniz limanları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Mülki Məcəllədə və Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Torpaq icarəsi haqqında” və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, "Müflisləşmə və iflas haqqında”, "Banklar haqqında” və "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Uşaq hüquqları haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Gənclər siyasəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Reklam haqqında” və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, "Yol hərəkəti haqqında”, "Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında”, "İşsizlikdən sığorta haqında”, "Məşğulluq haqqında”, "Dövlət rüsumu haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Baytarlıq haqqında”, "Fitosanitar nəzarəti haqqında” və "Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri.

Komitə sədri gündəlikdə olan məsələlər barədə fikirlərini bildirdikdən sonra çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev və Mahir Abbaszadə qanun layihələri barədə rəy və təkliflərini söylədilər.

Müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasında müzakirəsi məqsədəuyğun hesab edilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video