01 Aprel 2020 16:21
473
SİYASƏT
A- A+

Qondarma “seçkilər”ə beynəlxalq aləmdə etiraz güclənir



Bu gün dünya birliyi Ermənistanı işğalçı dövlət qismində qəbul etməsinə baxmayaraq, sözügedən ölkə hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, hətta onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır. Elə martın 31-də qanlı işğal nəticəsində Dağlıq Qarabağda yaradılmış separatçı rejimin keçirdiyi "prezident və parlament seçkiləri" də bu qəbildən olan növbəti cəhddən başqa bir şey deyil.
Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib. Amma Ermənistan hələ də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək həmin sənədlərdə qoyulan tələbi yerinə yetirməkdən imtina edir.
Bu məsələyə Azərbaycan tərəfindən də kifayət qədər sərt reaksiya verilib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov "Facebook” səhifəsində bildirib ki, seperatçı rejimin mart ayının sonunda keçirdiyi qondarma "seçkilərin” urvatsızlığının digər səbəbi isə dünyanın başının koronavirus pandemiyasına qarşı mübarizəyə qarışması ilə əlaqədardır: "Əvvəllər bəzi dövlətlər Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərin” tanımadığını mütləq bəyan edər, neqativ formada olsa da ona münasibət bildirərdi. İndi isə həmin dövlətlər Dağlıq Qarabağ seperatçılarının növbəti "seçkilərinə” belə bir "diqqəti” də ayırmağı özlərinə rəva bilmədilər. Bir sözlə bu "seçkilər” seperatçıların əvvəllər keçirdiyi seçkilərin hamısından daha böyük rüsvayçılıqla başa çatdı”.
NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da rəsmi "Facebook” səhifəsində martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər”lə bağlı məlumat yayıb. Bildirilib ki, NATO qondarma "seçkiləri” tanımır.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıblar. Həmsədrlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində onların 9 mart tarixli bəyanatında əksini tapmış prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həllinə bölgə əhalisinin rolunu tanıdıqlarını bəyan ediblər.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkiləri” tanımır. Təşkilatın yaydığı bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi martın 31-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab edir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) da yaydığı bəyanatda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma "prezident və parlament seçkiləri”ni pisləyir.

Böyük Britaniya, Ukrayna, Gürcüstan və Rumıniya da Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma "seçkiləri” tanımır. Bəyanatlarda qeyd edilib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən qondarma "prezident və parlament seçkiləri” qanunsuz hesab edilir,

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video