01 Aprel 2020 14:58
323
SİYASƏT
A- A+

Paşinyan qondarma rejimə öz adamını təyin etdi


ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırdı

Martın 31-də separatçı rejim tərəfindən işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma "prezident və parlament seckiləri” keçirilib. Ermənistanda mütləq hakimiyyəti ələ keçirən Nikol Paşinyan Dağlıq Qarabağda istədiyi namizədin "prezident seçkilərin”də qalib gəlməsini təmin edə bildi. "Seçkilər”in ilkin nəticələrinə əsasən, Araik Arutunyan qalib gəlib.

Bu keçmiş hərbi xuntanın Paşinyan qarşısında növbəti məğlubiyyəti sayıla bilər. Çünki Koçaryan-Sarkisyan koalisiyasının son dayağı Azərbaycanın işğal edilmiş əraziləri idi. Paşinyan Ermənistandakı "məxməri inqilab”dan sonra diqqəti separatçı rejim rəhbərliyinə öz namizədini gətirməyi yönəltmişdi. Seçkilərin nəticələri baş nazirin bu məqsədinə çatdığını və keçmiş hakimiyyətin son dayaq nöqtəsini də məhv etdiyini üzə çıxartdı.

Xatırladaq ki, "prezident seçkisində” 14 namizəd, "parlament seçkisində” isə 12 siyasi partiya iştirak edib. 33 yerlik "parlamentə” 361 namizəd var idi. "Prezidentlik” uğrunda əsas namizədlər Dağlıq Qarabağın "keçmiş baş naziri” Araik Arutunyan, "parlamentin sədri” Aşot Quluyan, "xarici işlər naziri” Masis Mailyan və "Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitaliy Balasardyan idi.

Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda isə ABŞ-dan Ermənistana vurulan tərs sillə bu ölkədə əsl şok effekti yaradıb. Söhbət ABŞ-ın Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırmasından gedir. Xatırladaq ki, erməni lobbi təşkilatlarının və konqresmenlərin fəal səylərinə baxmayaraq, ABŞ Qarabağ separatçılarına göstərdiyi birbaşa yardımı dayandırıb. Amerika Tədqiqatları Erməni Mərkəzi yardımın bərpası üçün bütün cəhdlərin səmərəsiz qaldığını bildirib. Erməni mediası yazır ki, yardımın bərpası üçün bütün cəhdlər tam iflasa uğrayıb.

Erməni politoloq Qaqik Hambaryan isə qeyd edir ki, kimsə səhv başa düşürsə və ya fövqəladə bir şey olmadığını iddia edirsə, o halda mən deyərdim ki, bu, Ermənistan hakimiyyətinə siyasi mesaj və Tramp tərəfindən Paşinyana vurulan bir sillədir. Qeyd edib ki, Vaşinqtonun bu demarşı, hətta ABŞ-dakı kifayət qədər nüfuzlu erməni lobbisinin belə Tramp administrasiyasını bu qərarı yenidən nəzərdən keçirməyə inandıra bilmədiyini və Ermənistan-Amerika münasibətlərinin nə qədər utancverici olduğunu göstərir: "1.5 milyon dollar ABŞ üçün "simvolik”və cüzi bir məbləğdir, lakin bunun əhəmiyyəti çox böyük idi. Ermənistanla yanaşı Qarabağa yalnız ABŞ dövlət səviyyəsində yardım göstərirdi və bununla da faktiki olaraq Bakı və Ankaranı əsəbləşdirən de-fakto Qarabağı tanımış olurdu. Ankara və Bakı uzun müddətdir ki, bu yardımı ləğv etdirmək istiqamətində iş aparırdı. Ancaq Trampın bu qərarı təkcə Türkiyə-Azərbaycan lobbisinin fəaliyyətinin nəticəsi deyil, həmçinin Vaşinqtonda diqqətdənkənar qalmayan şeylərə yol verən Paşinyanın hərəkətlərinə Vaşinqtonun cavabıdır.

Xatırladaq ki, Paşinyanın 2019-cu ildə ABŞ səfərinin iflasa uğraması, Vaşinqtonda federal səviyyədə heç kimin qəbul etməməsi, Tramp administrasiyasının daha ağrılı bir sillə vuracağını göstərirdi və bu da özünü çox gecikdirmədi. Tramp administrasiyasının bu qərarı həm də Ermənistan ictimaiyyətinin bilmədiyi Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlarda baş verən bəzi proseslərlə əlaqəli olduğu da istisna edilmir.

Bütün bunlar ABŞ-ın addımlarının Ermənistanda çox böyük ağrı ilə qəbul edildiyini göstərir.


Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video