01 Aprel 2020 13:40
319
CƏMİYYƏT
A- A+

Saatlıda mübarizə tədbirləri güclənir


Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tapşırıq və tövsiyələrə uyğun olaraq rayonda genişmiqyaslı tədbirlər həyata keçirilir. Görülən işlərə aidiyyəti qurumlar, bütün inzibati ərazi üzrə icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları cəlb olunmuşdur.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Saatlı şəhərinin bütün küçələri, mərkəzi park və meydanlar, rayonun 44 yaşayış məntəqəsi üzrə fərdi yaşayış evləri, inzibati binalar, sahibkarlıq obyektləri, küçələr, kəndarası yollar, habelə Saatlı şəhəri ərazisində 51 ədəd və Sarıcalar kəndi ərazisində 20 ədəddən çox mənzili yaşayış binasının həyətyanı sahələri və giriş-çıxışları, Nərimanov kəndi ərazisində yerləşən məcburi köçkün qəsəbəsində 105 fərdi evin həyəti 3 dəfə dezinfeksiya edilərək yuyulmuşdur. Rayonun din xadimləri ilə söhbətlər aparılmış, ibadət üçün insanların məscidlərə toplaşmamaları izah olunmuşdur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tövsiyələrlə bağlı Saatlı rayonunda yaradılmış 128 mobil qruplar tərəfindən, həmçinin rayon İcra Hakimiyyətində könüllü fəaliyyət göstərən gənclər tərəfindən Yeni Azərbaycan Partiyası Saatlı rayon Təşkilatı və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi ilə birgə əməkdaşlıq edərək Saatlı şəhərinin mərkəzi küçə və parklarında, eyni zamanda mərkəzi bazar ətrafında, rayonun digər kənd yaşayış məntəqələrində aidiyyəti qurumlarla birgə əhali ilə xüsusən ahıl yaşlı, köməyə ehtiyacı olan tənha insanlar ilə maarifləndirici söhbətlər aparılır, onların koronavirus infeksiyadan qorunmaları üçün zəruri dezinfeksiya vasitələri və qidalarla təmin edilir, sosial məişət xidmətlərinin göstərilməsində, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi köməkliklər olunur.

Kənd təsərrüfatı rayonu olaraq Saatlıda 2020-ci ilin əkin dövrü üzrə 13740.40 hektar sahədə pambıq əkilməsi üçün kənd təsərrüfatı istehsalçıları ilə müqavilə bağlanmış, 7154.80 hekat torpaq sahəsi arat olunaraq, hazır vəziyyətə gətirilmişdir

L.QULİYEV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video