01 Aprel 2020 12:25
590
CƏMİYYƏT
A- A+

Ağcabədidə xeyirxah təşəbbüs – “Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası


Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq çoxdan bizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.
Cənab Prezidentin fərmanı ilə "Koronavirusla Müabarizəyə Dəstək Fondu” yaradılmışdır. Bu fonda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 1 illik əmməkhaqlarını ianə etmiş, bir çox dövlət və özəl qurumlar, eləcə də sıravi vətəndaşlar bu təşəbbüsə qoşulmuşlar.
Xeyirxah ağcabədililər də həmişə olduğu kimi yenə də dövlət başçısına dəstəklərini nümayiş etdirirlər.
Ağcabədililər həm də bu çətin günlərdə daha bir xeyirxah əmələ imza atırlar. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən 130-dan çox ərzaq mağazasında "Karantin dövründə PULSUZ ÇÖRƏK” aksiyası başladılıb. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz çörəklə təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnir, müntəzəm olaraq pulsuz çörək əldə edirlər.
Onu da qeyd edək ki, rayonda 200-dən çox tənha adam yaşayır. Xüsusi karantin rejiminin tələblərinə əsasən evdə çıxmayan həmin şəxslərə sosial işçilər tərəfindən xidmət göstərilir və bununla yanaşı, həmin tənha şəxslərə gün ərzində pulsuz çörək çatdırılır.
İnsan bir dəfə yaşayır və bu yaşam tərzini elə keçirməlidir ki, dünyadan o, köç edəndən sonra adı hörmət və izzətlə çəkilsin. Bundan ötrü yaşadığın zaman xeyirxahlıq etməli, rəhimdil olmalısan. İndi bu çətin zamanda gəlin hamılıqla həmrəy olaq, bir-birimizin köməyinə çataq. Bu zaman həm yaşamaq mənalı olar, həm də koronavirus kimi geniş yayılan infeksiyaya qalib gələ bilərik.
Xeyirxahlıq edin, siz də bu humanist təşəbbüsə qoşulun. Ehtiyacı olana çörək verin. Çünki möhtərəm Prezidentimizin dediyi kimi "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!”

Lazım QULİYEV,
"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video