01 Aprel 2020 11:55
506
CƏMİYYƏT
A- A+

Göyçayın rayon mərkəzində, eləcə də kəndlərdə dezinfeksiya işləri aparılır

Göyçayda koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, təkcə son bir gündə 4 yaşayış, 16 inzibati binada, 50-dən çox sahibkarlıq obyektində dezinfeksiya işləri aparılıb. Rayon gigiyena və epidemiologiya mərkəzinin 2-3 nəfərlik qruplara ayrılan təcrübəli dezinfektorları insanların daha çox hərəkətdə olduqları giriş və çıxışlara, qapalı yerlərə, ətraf ərazilərə xüsusi hazırlanan maddə çiləyirlər.

Qeyd edək ki, kənd yaşayış məntəqələrində də qrafik üzrə dezinfeksiya işləri davam etdirilir. Son günlər Cəyirli, Aşağı Qaraməryəm, Ərəbcəbirli, Bəydövül kəndlərində də inzibati binalar, sakinlərin daha çox toplaşdıqları və hərəkətdə olduqları yerlər dezinfeksiya olunub.

Yerlərdə sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara karantin rejiminə əməl etməyin zəruriliyi izah olunur.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video