01 Aprel 2020 11:41
1011
SİYASƏT
A- A+

Ölüm zəncirinin halqasına çevrilmə


Evdə qalaraq özünün və doğmalarının həyatını xilas et

Görünməmiş bir sürətlə Çin səddini aşıb dünyanı bürüyən koronavirus, COVD-19 bəlası hələ də tüğyan etməkdə davam edir. Güclü ölkələrə, super güclərə bir həmlədə diz çökdürən bu virus insanlara yeni qaydalar, yeni yaşam şərtləri diqtə etdi. İndi insan oğlunun həyatda yeganə qayəsi bu bəladan birtəhər can qurtarıb yaşamaq, övladlarını qorumaqdır. Amma necə?

Təbii ki, virusa yoluxmamağın, ondan qorunmağın yolları da bəllidir. Yetər ki, buna əməl edilsin, qoyulan qaydalara riayət olunsun. Zamanında bu taclı bəlanı ciddiyə almayıb lazımi tədbir görməyən bir çox ölkələrin təəssüf ki, necə acı aqibətlə üzləşməsi göz qabağındadır. ABŞ, İspaniya, İtaliya. Fransa, Almaniya kimi böyük dövlətlər çıxılmaz vəziyyətə düşüblər. Avropanın nəhəng dövlətlərinin kononavirus qarşısında aciz durumu göstərir ki, gedtikcə pandemiyanın miqyası daha da böyüyür.

Virusun sürətlə yayılması, immuniteti zəif, yaşı 65-dən yuxarı, xüsusilə xroniki xəstəlikləri olanları əfv etməməsi isə onu daha da təhlükəli, qarşısıalınmaz edir...

Ani sərvaxtlıq acı nəticələrə səbəb olar

Azərbaycanda isə hələ virus dünyada bu qədər geniş vüsət almamışdan ona qarşı ciddi tədbirlər görməyə başladı. Və bu gün ölkəmizdə koronavirusla bağlı vəziyyətin o qədər də ağır olmaması məhz bu tədbirlərin sayəsindədir. Amma arxayın olub ehtiyatı da əldən vermək olmaz.

Buna görə hazırdas da ölkəmizdə qlobal problemlə mübarizə davam edir. İnfeksiyanın Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər həyata keçirilməsinə başlanılıb. Bu proses, yəni koronavirusun zərərlərini azaltmaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövlətin vətəndaşını qoruması yolunda həyata keçirilən tədbirlərin davamıdır.

Amma düşmən gözəgörünməz və hiyləgərdir. Ani bir sərvaxtlıq sonu fəlakət olan nəticələr doğurur. İndi xalqımızın, ölkəmizin taleyi hər birimizin şəxsi məsuliyyətindən asılıdır. Vətəndaşlıq borcunu yerinə yetirməyin zamanıdır...

Bu virusun ailənizə ayaq açmasına imkan verməyin

Qoyulan qaydalara riayət edin, ehtiyac olmadan küçələrə çıxmayın, evlərinizdə qalın. Özünüzün, ailənizin, doğmalarınızın təhlükəsizliyi üçün. Sosial nəzarəti gücləndirin. Məsuliyyətsiz davrananlarla bağlı tədbir görülməsi üçün aidiyyəti qurumlara məlumat verin. Koronavirus əlamətləri hiss etdikdə evdə özünümüalicə ilə sağalmağa çalışmayın və dərhal təcili tibbi yardıma zəng vurun.

Ən əsası xəstəliyə yoluxmamaq üçün qoyulan qaydalara riayət edin və küçəyə çıxmayın. Belə edərək xəstəliyə yoluxma və yoluxdurma faktoruna çevrilirsən. İnsandan-insana ötürülən bu ölüm zəncirinin bir bəndinə çevrilirsən. Bu virusun daha çox yayılmasına, ailələrimizə ayaq açmasına səbəb olursan. Halbuki evdə qalaraq bu ölüm zəncirini qıra, onun nəfəsini kəsə bilərsən...

Evdə qal, Azərbaycan, çünki sən birlikdə güclüsən!

Yasəmən MUSAYEVA,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video