01 Aprel 2020 11:29
2306
SİYASƏT
A- A+

Sosial fəsadların kompleks həlli İlham Əliyevin şəxsi nəzarəti altındadır


Prezident "Biz birlikdə güclüyük!” şüarı ilə xalqı koronavirusla mübarizədə bir daha həmrəyliyə çağırdı


Bəşəriyyətin yeni bəlası olan koronavirus dünya dövlətlərinə hərtərəfli zərər vurmaqda davam edir. Pandemiya dünya ölkələrində iqtisadi və maliyyə böhranına da səbəb olub. Günü-gündən virusa yoluxanların, həyatını itirənlərin sayı artmaqdadır.

Artıq42mininsan bu virusun qurbanı olub.Əlbəttə ki, bu durum Azərbaycandan da yan keçməyib. Ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur. Ancaq dövlət koronavirusla mübarizədə ciddiqabaqlayıcıtədbirlər görməkdədir. Bakıda açılan "Yeni klinika” tibb müəssisəsi bu tədbirlər proqramının tərkib hissəsidir. Artıqkoronavirusa yoluxan və ağır simptomları olan xəstələrPrezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilənbu mərkəzdəmüalicə alırlar. Bu tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir.


Böyük ölkələrdə vəziyyət nəzarətdən çıxıb


Tibb müəssisəsində yaradılan şəraitlə tanışolanPrezident İlham Əliyevdünyanın qarşısında aciz qaldığı koronavirus bəlası və Azərbaycan dövlətinin bu təhlükənin qarşısının alınması istiqamətində gördüyü qabaqlayıcı tədbirlərdən söz açdı.

Dövlət başçısının fikirlərindən bəlli oldu ki, pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar.Bu isə o deməkdir ki,xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədədövlətəəlavə imkanlar yaradıb.

Xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulsa dapandemiyaya görə işlərdaha dasürətləndirilərək mart ayında başa çatıb. Prezident koronavirus xəstələrinin bumüəssisəyəyerləşdirilməsiniən düzgün qərarhesab edir.Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir: "Koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır. Minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır. Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq”.


Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ianə verib


AzərbaycanınÜmumdünya Səhiyyə Təşkilatı ilə təmasdaolduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, ölkımizbeynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimibu qurumakoronavirusla mübarizə aparmaq üçün 5 milyon dollarianə verib. Bu daPrezident İlham Əliyevinümumi işlərə, dünyanın üzləşdiyi problemin həllinə verdiyi dəyərli töhfədir.

Dövlət başçısının dediyi kimiölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür:ağır sınaqdan az itkilərlə çıxmaqvəölkəvətəndaşınımaksimum dərəcədə qorumaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi vəziyyətə uyğun atılmış addımlardır.

Onu da qeyd edək ki, Azərbaycanın karantin üçün də gördüyü işlər nümunəvi xarakter daşıyır. Çünki karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır. O cümədən mindən çox insan Atletlər kəndindəyerləşdirilib.Yəni, karantində qalan insanların rahatlığı təmin edilib, dövlət bütün xərcləri öz üzərinə götürüb.

Bütün bunlar dövlətin hər zaman vətəndaşın yanında olduğunu bir daha təsdiqləyir: "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və bu ağır günlərdə bir daha biz bunu nümayiş etdirdik”.


Məsuliyyət, iradə və əzm...


Bu gündünyahəqiqətən də gərgindövrə qədəm qoyub.Təhlükənin, pandemiyanınnə qədər davam edəcəyiniheç kim bilmir.Artan qorxulu statistika vəziyyətin getdikcə daha da gərginləşdiyini göstərir.42mindən artıq insanın koronavirusun qurbanı olması, 201 ölkədə 800 mindən artıq insanın virusa yoluxması bunu təsdiqləyən reallıqdır.

Prezident İlham Əliyevin dediyi kimipandemiya ilə bağlıbütün proqnozlar şərti xarakter daşıyır. Hələ ki, bu xəstəliyin ibtidai mərhələsindəolduğumuz üçünözümüzü maksimum qorumalıyıq.

Xatırladaq ki, dövlət başçısı bir müddətöncə"Biz birlikdə güclüyük!” şüarını səsləndirməklə xalqı koronavirusla mübarizədə həmrəyliyə çağırmışdı.Prezidentin bu fikri Azərbaycan xalqının həmrəyliyini, birliyini, ölkədə xalq-iqtidar birliyini təcəssüm etdirir. ÇünkiAzərbaycanın bu günə kimi əldə etdiyi bütün uğurların əsasında milli həmrəylik, milli birlik, xalq-iqtidar birliyi amili dayanıb.Bu birlik və həmrəylik müxtəlif dövrlərdə ən mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyə, bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan verib.​Milli həmrəylik və birlik Azərbaycanı koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir.​

Məhz bus səbəbdən də hamı bir olmalı, hamı bir hədəfə vurmalı, özünü və ətrafındakıları qorumalı, qəbul olunan qərarlara laqeyd yanaşmamalı, onları birmənalı icra etməli, məsuliyyət, iradə və əzm nümayiş etdirməlidir.


Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video