01 Aprel 2020 00:54
642
SİYASƏT
A- A+

Professor Akkan Suver: Ermənistanın Dağlıq Qarabağda mövcudluğu beynəlxalq konvensiyalara ziddir

BMT, Avropa İttifaqı və ATƏT birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan mötəbər beynəlxalq təşkilatlardır. Təcavüzkar Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində qondarma "seçkilər” keçirməsinin heç bir hüquqi əsası yoxdur.

Mövzu ilə bağlı fikirlərini AZƏRTAC-a bölüşən "Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib: "Hazırda bütün dünya yeni növ koronovirusla mübarizə (COVID-19) aparır. Rəsmi məlumatlara görə, bu gözəgörünməz bəla Ermənistanı da cənginə alıb. Belə bir şəraitdə öz xalqının sağlamlığının qorunması ilə bağlı tədbirlər görmək əvəzinə Azərbaycan ərazisində saxta "seçkilər” keçirmək siyasi əxlaqdan və mədəniyyətdən uzaq olmağın daha bir göstəricisidir. Sülhsevər dünya ictimaiyyəti yaxşı bilir ki, bu "seçkilər” heç bir hüquq normasını əks etdirmir. Ermənistanın Dağlıq Qarabağ regionunda mövcudluğu beynəlxalq konvensiyalara zidd olduğu üçün bu bölgədə Azərbaycandan başqa heç bir tərəfin seçki keçirmək hüququ yoxdur”.

Artıq Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "prezident və parlament seçkiləri” ilə bağlı bəyanat verərək, bu seçkiləri tanımadığını diqqətə çatdıran Vəqfin sədri əminliklə vurğulayıb ki, digər beynəlxalq təşkilatlar da eyni qərarlar qəbul edəcəklər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video