31 Mart 2020 20:47
736
CƏMİYYƏT
A- A+

Müdriklik və böyüklük


Ölkəmizdə karantin üçün görülən tədbirlər nümunəvi xarakter daşıyır. Karantinə alınan insanlar 4 və 5 ulduzlu otellərdə, o cümlədən min nəfərdən çox insan Atletlər kəndində saxlanılır. "Bulvar Hotel” , "Qafqaz”, "Pullman” kimi böyük otellər bu sıradadır. Lənkəranda, Lerikdə, Nabranda bir sıra otellər karantinə alınanların sərəncamına verilib.
Bəli, bu günlərdə iqtisadiyyatın bütün sektorlarında çalışanlar dövlətlə, xalqla həmrəy olduqlarını əyani göstərirlər. Bu, eyni zamanda dövlətin insanlara, o cümlədən iş adamlarına, sahibkarlara göstərdiyi qayğıya cavabdır.
Prezident İlham Əliyev Bakıda "Yeni klinika”nın aşılışı zamanı demişdir: "Fürsətdən istifadə edərək iş adamlarına bu otelləri ümumi işimizə təmənnasız təqdim etdikləri üçün minnətdarlığımı bildirmək istəyirəm.”
Bu minnətdarlıq möhtərəm Prezidentimizin müdrikliyinin, alicənablığının və böyüklüyünün daha bir nümunəsidir.

F. Sadıqlı
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video