31 Mart 2020 20:40
659
CƏMİYYƏT
A- A+

Qələbə nikbinlərin qismətidir


Bu çətin günlərdə hər birimiz və hamımız üçün vacib olan yalnız bir yaşam tərzi gündəmə gəlir. Bütün çətinliklərə, məhrumiyyətlərə və qadağalara baxmayaraq nikbin olmaq, mobil olmaq və fəaliyyət göstərmək, yaxşı günlərin gələcəyinə ümid bəsləmək və buna can atmaqdır. Bəşəriyyət öz tarixində bu tipli və bundan da ağır sınaqlarla dəfələrlə üzləşərək qalib çıxıb. Bizim də üzümüzə qələbə gülümsəyəcək və bu gün uzaqda deyil. Onun yubanmadan gəlməsi hər birimizdən asılıdır.

Antuan de Sent Ekzyüperinin "Hərbi təyyarəçi” əsərində maraqlı bir səhnə var. Döyüş tapşırığını yerinə yetirən təyyarəçi gecənin qaranlığında uçarkən tədricən bütün vücudu ilə öz döyüş maşınına qovuşub qarışmasını, ona çevrilməsini hiss edir. Əvvəlcə qolları tədricən sükanı öz bədəninin bir parçası kimi hiss edir, sonra təyyarənin ön hissəsinin, qanadlarının bədəninin davamına çevrildiyini duyur. Artıq bir müddətdən sonra əsərin qəhrəmanı zülmətin səmalarında uçan təyyarəyə çevrilir və qaranlıqları yararaq irəli şütüyür. Bu nümunə bədii bənzətmə kimi olsa da müəyyən mənada günümüzün reallıqları ilə uzlaşır. Hamımıza qarşılaşdığımız çətinlikləri dəf etmək və qalib gəlmək üçün birləşmək, bir nəfər kimi eyni məqsədə can atmaq gərəkdir. Qələbənin ən sadə yolu bütün ölkədəki insanların birliyindən keçir.

Bu çətin günlərdə heç kim bədbinliyə, ruh düşkünlüyünə qapılmalı deyil. Hər birimizin içində övlad sevgisi, vətən eşqi və yaxşı günlərin gələcəyinə ümid günəş kimi doğmalı, bərq vurmalıdır. Biz bir-birimizi nizam-intizama, dövlətin tətbiq etdiyi qaydaların sözsüz icrasına dəvət etməliyik, bir-birimizə mənəvi dəstək verməliyik və həmçinin də bir-birimizdən güc almalıyıq. Ona görə ki, tək deyilik, zəncir kimi bir-birimizə bağlıyıq. Bizdən öndə övladlarımız və nəvələrimiz, bizdən ucalıqlarda - başımızın üstündə Azərbaycan bayrağı dalğalanır! Hamımız bir nəfər kimiyik. Əgər biz 30 illik erməni işğalına baxmayaraq irəli sıçramışıqsa, sonsuz qələbələrə imza atmışıqsa, əmin olun ki, bir virusun da öhdəsindən gələcəyik. Bunun ücün məqsədimiz bir olmalı, ürəyimiz eyni ritmlə vurmalı, səylərimiz eyni istiqamətə yönəlməlidir. Unutmayaq ki, qələbə nikbinlərin qismətidir.


Bahadur İMANQULİYEV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video