31 Mart 2020 18:48
709
SİYASƏT
A- A+

“Wikipedia”nın Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bölməsi özbək dilində istifadəyə verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia” Beynəlxalq Elektron Ensiklopediyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bölmə özbək dilində istifadəyə verilib.

AZƏRTACxəbər verir ki, bölmədə ötən əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Lənkəran, Göyçə, Zəngəzur, İrəvan və digər bölgələrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər faktlarla öz əksini tapıb. Məlumatda o dövrdə bölgədəki siyasi vəziyyət haqqında məqalələr, həmçinin KİV-lərdə soyqırımı ilə bağlı çap olunan yazılar yer alıb.

Layihəyə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya” Metodik Mərkəzi dəstək verib.

Bölmə ilə bu linkdə tanış olmaq mümkündür:https://uz.wikipedia.org/wiki/Mart_genotsidi?fbclid=IwAR3xjpk6zMw7wY0eoCRc_4J28_cwRXF5uMnMXDtbE001EyVVfeyw3UUASBw


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video