31 Mart 2020 18:35
655
CƏMİYYƏT
A- A+

Zaqatalada karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə 58 mobil qrup yaradılıb

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Zaqatala rayonunda da təxirəsalınmaz tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən 58 mobil qrup yaradılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməsi və infeksiyaya yoluxma hallarının baş verməməsi üçün rayon ərazisində nəzarət tədbirlərini daha da gücləndirib. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsilə karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı sakinlərə gün ərzində mütəmadi olaraq çağırışlar edilir. Vətəndaşlara karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri izah olunur, onlarla profilaktik söhbətlər aparılır, evdə qalmaq, küçəyə çıxmamaq tövsiyə edilir.

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Zaqatala şəhərinin prospekt və küçələrində, yaşayış məhəllələrində, qəsəbə və kəndlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir. Rayon icra hakimiyyəti başçısı yanında yaradılan operativ qərargahdan verilən məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən indiyədək rayonun 67 ümumtəhsil məktəbində, 42 uşaq bağçasında, 4 ali və orta ixtisas təhsili müəssisəsində, həmçinin 8 məsciddə, 56 çoxmənzilli yaşayış binasında, 45 idarə və təşkilatda, 26 özəl müəssisədə dezinfeksiya işləri aparılıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video