31 Mart 2020 16:26
545
DÜNYA
A- A+

İspaniyada sutka ərzində COVID-19 virusundan rekord ölüm halı qeydə alınıb

İspaniyada sutka ərzində yeni koronavirus xəstəliyi səbəbindən 849 nəfər həyatını itirib. Bu, ölkədə bir sutkada rekord ölüm sayıdır.

AZƏRTAC "El Pais” qəzetinə istinadla xəbər verir ki, məlumat İspaniya Səhiyyə Nazirliyi tərəfindən yayılıb. Bundan əvvəlki maksimum göstərici martın 29-da qeydə alınmişdi – 838 nəfər.

Ümumilikdə İspaniyada indiyə qədər yeni virus səbəbindən 8189 nəfər ölüb. Sutka ərzində koronavirusa yoluxanların sayı 9 min nəfər artaraq 94 min 417-yə çatıb, 19 min nəfər isə sağalıb.

Xatırladaq ki, İspaniya virusa yoluxanların sayına görə ABŞ və İtaliyadan sonra dünyada üçüncü yeri tutur. Mütəxəssislərin fikrincə, COVID-19 epidemiyası İspaniyada İtaliyadan daha sürətli və geniş yayılır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video