31 Mart 2020 15:43
583
SİYASƏT
A- A+

Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir

Gənclər və İdman Nazirliyi və "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31–dən aprelin 3-dək təşkil edilən onlayn fəaliyyətlərə gəncləri qoşulmağa dəvətə edir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Onlayn fəaliyyətlərin təşkil edilməsindən məqsəd xalqımıza qarşı törədilmiş bu amansız qətliamın vahid platforma və vahid həştəqlər üzərindən faktlar əsasında kütləvi şəkildə paylaşılması ilə gənclərin səsinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir. Bunun üçün yeddi dildə hazırlanmış (Azərbaycan, rus, ingilis, ispan, italyan, fransız və ərəb) faktlar, poster, "facebook” profili üçün çərçivə və poster, foto və videolar vahid bir bazada toplanıb. Bazaya daxil olub məlumatları #Genocide #Genocide102 #31MarchGenocide həştəqləri ilə "facebook”, "twiter”, "instagram” və digər sosial şəbəkələrdə paylaşmaq mümkündür.

Bazaya keçid bu linkdən mümkündür: https://www.facebook.com/notes/azərbaycan-respublikasının-gənclər-idman-nazirliyi-gənclərlə-iş-şöbəsi/31-mart-azərbaycanlıların-soyqırımı-günü/881852002264353/


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video