31 Mart 2020 14:47
537
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: Sahibkarların təkliflərinə baxılır

Məlumat verildiyi kimi, koronavirus (COVID-19) pandemiyasının sahibkarlığa təsirlərinin araşdırılması məqsədilə turizm, ictimai iaşə, ticarət, nəqliyyyat-logistika, özəl məktəbəqədər təhsil, hazırlıq kursları, idman-sağlamlıq və sair sektorlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə videokonfrans formatında təşkil olunmuş müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm, Bakı Nəqliyyat agentlikləri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, müzakirələrdə koronavirusun iqtisadiyyatın müxtəlif sektorlarına təsirləri, yaranmış çətinliklərdən çıxış yolları və görüləcək tədbirlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. Biznez nümayəndələrinə koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən sahibkarlğa təsirlərinin minimuma endirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, sahibkarların mövcud şəraitdə sosial məsuliyyət prinsipindən çıxış edərək işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verməmələri tövsiyə olunub. Müzakirələr zamanı sahibkarlar tərəfindən vergi güzəştləri və tətillərinin tətbiqi, sosial müdafiə ödəmələrinin təxirə salınması, kredit öhdəliklərinin, icarə xərclərinin ertələnməsi və sair barədə təkliflər səsləndirilib. Müzakirələrdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərə hazırda İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır.

Qeyd edək ki, koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərinin öyrənilməsi məqsədilə keçirilmiş onlayn müzakirələrə ümumilikdə 200-dən çox sahibkarlıq subyekti qoşulub, 700-dən çox sahibkar arasında sorğular aparılıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video