Alternative content

04:18 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bütün dünyada yeni koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
Bütün dünyada yeni koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
ANA SƏHİFƏ / Səhiyyə
14:00 31.03.2020

SARS-CoV-2 koronavirusun səbəb olduğu COVID-19 koronavirus pandemiyası, Çinin Uxan şəhərində 2019-cu ilin dekabr ayının sonunda yerli sakinlərdə atipik pnevmoniyanın ilk hallarının aşkarlanması ilə başlayıb. Çin hakimiyyəti 2019-cu il dekabrın 31-də atipik pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. 2020-ci il martın 11-də ÜST bu xəstəliyin pandemiya olduğunu və martın 13-də Avropanın onun mərkəzinə çevrildiyini elan edib. 2020-ci il martın 28-nə olan məlumata görə, 196 ölkədə 472790 yoluxma və 23335 ölüm hadisəsi təsdiq edilib. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, Avropa ölkələri (İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə) və İrandır.

Azərbaycanda COVID-19-un yayılması 2020-ci il fevralın 28-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirusa ilk yoluxma halı qeydə alındığı zaman başlayıb. Martın 19-dan etibarən COVID-19 haqqında rəsmi veb-sayt fəaliyyət göstərir. Saytda Azərbaycanda virusla mübarizədə mövcud vəziyyət, infeksiyanın statistikası haqqında məlumat, habelə əhali üçün tövsiyələr verilir. Saytın rəsmi statistik məlumatına görə martın 30-na Azərbaycanda 273 yoluxma, 4 ölüm və 26 bərpa hadisəsi qeydə alınıb.

Bu gün Azərbaycan rəhbərliyinin COVID-19 koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər yalnız ölkədəki mütəxəssislər tərəfindən deyil, eyni zamanda, əcnəbi alimlər tərəfindən də yüksək qiymətləndirilir. Həm beynəlxalq təşkilatlar, həm xaricdəki alimlər, siyasətçilər, həm də bir sıra ölkələrin kütləvi-informasiya vasitələri yeni koronavirusun qarşısının alınması istiqamətində Azərbaycan rəhbərliyinin atdığı addımları xüsusi qeyd edilməli olan nümunə kimi göstərirlər.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əməkhaqqı məbləğində bu Fonda ianə etdilər. Böyük şirkətlərin, tanınmış şəxslərin, cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təmsil edən simaların bu kampaniyaya qoşulması bir neçə gün ərzində, sözün əsl mənasında, milli birlik göstəricisinə çevrildi. Əslində, bu prosesdə ən böyük qazanc toplanan vəsaitdən çox Azərbaycan xalqının ümumi problemə qarşı birliyidir.

COVID-19 koronavirusa qarşı mübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə daha stabil olmaqla yanaşı, həm də yuxarıda qeyd etdiyimiz kimi nümunəvidir. Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına sağlam münasibətində görə bilirik. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların karantində saxlanılması üçün yaradılan şərait dövlətin öz vətəndaşına göstərdiyi nümunəvi davranışdır. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı da bütün xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir.

Bu məqalənin yazılmasında əsas məqsəd isə, Azərbaycan xalqını bütün dünya ilə birlikdə qarşılaşdığımız bəla və onun müalicəsinin mümkünlüyü barədə daha ətraflı məlumatlandırmaqdır. Məsələ burasındadır ki, hazırda bütün dünyada yeni koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Yeni koronavirusun yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar.

Beləliklə, koronaviruslar insanlara və bəzi heyvanlara yoluxa bilən RNT tərkibli böyük virus ailəsidir. İnsanlarda koronaviruslar kəskin respirator infeksiyanın yüngül formalarından ağır kəskin respirator sindroma (SARS) qədər bir sıra xəstəliklərə səbəb ola bilər. Hazırda əhali arasında koronavirusun dörd növü yayılıb. Bu virus infeksiyası bir qayda olaraq yuxarı tənəffüs yollarını yüngül və orta ağır dərəcədə zədələyir. 2002-ci ilə qədər koronaviruslar yuxarı tənəffüs yollarının yüngül xəstəliklərinə səbəb olan törədicilər hesab olunurdu. 2002-ci ilin sonunda insanlarda ağır kəskin respirator sindroma səbəb olan SARS-in törədicisi olan koronavirus (SARS-CoV) meydana çıxdı. SARS-Co-nun təbii rezervuarları yarasalardır. Epidemiya dövründə dünyanın 37 ölkəsində 8000-dən çox bu virusa yoluxmuş xəstəlik halı qeydə alınıb, onlardan 774-ü ölümlə nəticələnib. 2004-cü ildən etibarən SARS-CoV ilə əlaqəli yeni atipik pnevmoniya halı qeydə alınmayıb.

2012-ci ildə dünya Yaxın Şərq respirator sindromunun törədicisi olan yeni MERS koronavirus (MERS-CoV) ilə qarşılaşdı. MERS-CoV koronaviruslarının əsas təbii rezervuarı bir yüyənli dəvələrdir. 2012-ci ildən 2020-ci il yanvarın 31-dək MERS-CoV virus səbəbindən 2519 nəfər yoluxub, onlardan 866-sı ölümlə nəticələnib. Bütün hallar coğrafi olaraq Ərəbistan yarımadası ilə əlaqəlidir. Hazırda MERS-CoV virusu mövcuddur və yeni xəstələnmə hallarına səbəb olur.

Yeni SARS-CoV-2 koronavirus tək zəncirli RNT virusudur. Bu virusun səthində yerləşən bir zülalı kodlayan S geni də daxil olmaqla 15 gendən təşkil olunmuş bir RNT molekuludur. SARS-CoV-2-nin, yarasa koronavirusu ilə naməlum bir koronavirus arasında rekombinant bir virus olduğu ehtimal olunur. Başqa sözlə, əvvəlcədən mövcud olan iki virus arasında bir ximeradır. Çində aparılan son tədqiqatlar COVID-19-un 2 tipinin (L vəS ) olduğunu göstərmişdir. L tip daha aqressivdir və 70 faiz xəstələrdə bu tipə rast gəlinib.

Kişilər, qadınlar və uşaqlar SARS-CoV-2 koronavirusuna eyni tezlikdə yoluxurlar. Ancaq infeksiyanın nəticələri çox fərqlidir. Həlledici amillər yaş, cinsiyyət, yanaşı xəstəliklər və orqanizmin immun sisteminin vəziyyətidir.

Koronavirusun yayılması ilə əlaqədar ilk növbədə yaşlı insanlar risk altındadır, xüsusilə 65 yaşdan yuxarı ölüm riski proqressiv artır. 40 yaşa qədər olanlar arasında ölüm nisbəti 0,2 faizdir, lakin 70-79 yaş arasında bu göstərici 8 faizə, 80 yaşdan yuxarı 14,8 faizə qədər yüksəlir.

Demək olar ki, koronavirus infeksiyasının bütün qurbanları SARS-CoV-2 infeksiyasından əvvəl hər hansı bir xroniki xəstəliyi olanlar idi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusilə də bronx-ağciyər sisteminin xroniki xəstəlikləri, ürək-damar sisteminin xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabet və xərçəng xəstəliyi olan hallarda koronavirusdan ölüm riski artır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadınlara nisbətən kişilərdə koronavirus infeksiyasından ölmə ehtimalı daha yüksəkdir. Fevralın ortalarında Çində SARS-CoV-2-dən ölüm nisbəti kişilərdə 2,8 faiz, qadınlarda 1,7 faiz təşkil edib. Bu yəqin ki, qadınlarda immun sisteminin daha güclü olması ilə əlaqədardır: qadın cinsi hormonu estrogen immun sistemini stimullaşdırır və beləliklə patogenlərlə daha sürətli və aqressiv mübarizə aparır. Kişi hormonu testosteron isə, əksinə immun sistemini zəiflədir.

Yoluxmuş böyüklərdən fərqli olaraq uşaqların əksəriyyətində xəstəliyin daha yüngül klinik gedişatı müşahidə olunur. Eyni zamanda uşaqlar da epidemioloji prosesdə iştirak edirlər bu virusla rastlaşırlar və yayırlar, yəni uşaqlar daşıyıcıdırlar. Buna görə uşaqlarda da koronavirus problemi böyüklərdə olduğu kimi aktualdır. Üstəlik xəstə uşaqlarda yoluxucu indeksin böyüklərdəki ilə eyni olduğu aşkarlanıb.

Hazırda uşaqların koronavirus infeksiyasını daha yüngül keçirtmə səbəbləri və böyüklərdəki kimi ağırlaşmaların olmaması haqqında alimlər və həkimlər arasında fikir birliyi yoxdur. Bu məsələ ilə bağlı bir neçə hipotez var. Ən son hipotez aşağıdakıdır: hüceyrəyə girmək üçün SARS-CoV-2 virusu, S zülalı vasitəsilə ACE2 (angiotenzin çevirici ferment) və CD-147 (basigin) reseptorlarına bağlanır. Bu reseptorlar ağciyərlərin alveolar hüceyrələrinin membranında, bağırsaqlarda, böyrəklərdə, miyokardda olur və buna görə də yeni koronavirus ilk növbədə bu orqanlara təsir edir. Uşaqlarda bu reseptorların sayı azdır, çünki renin-angiotenzin sistemi (qan təzyiqi və bədənin su-elektrolit balansını tənzimləyən hormonal sistem) 16-18 yaşında inkişaf edir. Yəni uşaqlarda virus üçün daha az hədəf var. Bu SARS-CoV-2-nin uşağın hüceyrələrinə daxil olmasının qarşısını alır və uşaqlarda koronavirusun ölümlə nəticələnməməsini, daha asan sağalma səbəbini izah edə bilir.

Bunlardan əlavə uşaqlar daha güclü anadangəlmə immunitetə malikdirlər. Ola bilər ki, qeyri-spesifik müdafiə amilləri uşağın bədəninə daxil olan virusa mane olur və onun aşağı tənəffüs yollarına yayılmasının qarşısını alır.

Əsas infeksiya mənbəyi infeksiyaya yoluxmuş xəstələr və xəstəliyin inkubasiya dövründə olanlardır. Klinik baxımdan sağlam olan, lakin virus daşıyıcısı olan superdaşıyıcı şəxslər də infeksiya mənbəyidir.

İnfeksiyanın ötürülməsi hava-damcı (öskürmə, asqırma, danışma ilə), hava-toz, fekal-oral və kontakt yollarla həyata keçirilir. Ötürmə amilləri SARS-CoV-2 ilə çirklənmiş hava, yemək və məişət əşyalarıdır. Tibbi yardımın göstərilməsi ilə əlaqəli SARS-CoV-2 səbəb olduğu infeksiyalar müəyyən edilib. Çində COVID-19 olan xəstələrə kömək edən tibb işçilərində 1700-dən çox təsdiqlənmiş xəstəlik hadisəsi qeydə alınıb.

Diaqnoz klinik əlamətlər, epidemioloji anamnez və laborator müayinələrin nəticələri əsasında qoyulur. Epidemioloji anamnez toplayarkən şəxsin epidemiyanın geniş yayıldığı ölkələrdə (ilk növbədə Çin, İtaliya, Cənubi Koreya, İran, ABŞ) olmağına, SARS-CoV-2-yə yoluxmaqda şübhəli bilinən şəxslər və ya diaqnozu laborator analizlə təsdiq edilmiş insanlarla kontaktın olub-olmamasına diqqət edilir.

Xəstəliyin inkubasiya dövrü 14-21 gündür. İlk 3-4 gündə kəskin respirator virus infeksiyasının klinik əlamətləri xarakterikdir: boğazda quruluq və ağrı hissi, qolların və ayaqların sümüklərində və oynaqlarında ağrı, əzələ ağrısı (ən çox boyun əzələlərində), yorğunluq və ümumi zəiflik, quru öskürək, qızdırma, tənginəfəslik. Ən ağır tənginəfəslik xəstəliyin 6-7-ci günündə inkişaf edir. İlk simptomlar arasında baş ağrısı, ishal, ürək bulanması, qusma, ürəkdöyüntüsü də ola bilər. İnfeksiyanın başlanğıc dövründə bu simptomlar bədən temperaturu artmadan da müşahidə edilə bilər.

COVID-19-un klinik təzahürləri aşağıdakılardır: yüngül gedişli kəskin respirator virus infeksiyası, tənəffüs çatışmazlığı olmayan pnevmoniya, kəskin tənəffüs çatışmazlığı olan pnevmoniya, kəskin respirator-distress sindromu, septik şok. COVID-19-un yüngül, orta və ağır formaları var. Ən ağır formalar yaşlı xəstələrdə (65 və yuxarı) inkişaf edir. Ağır hallarda sürətlə inkişaf edən aşağı tənəffüs yollarının xəstəliyi, pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, kəskin respirator distress sindrom, sepsis və septik şok müşahidə olunur. "Sitokin fırtınası" immun sistemin infeksiyaya qarşı şiddətli reaksiyası orqanizmə əhəmiyyətli dərəcədə zərər verir və ağır ağciyər zədələnmələrinə səbəb olur .

SARS-CoV-2 səbəb olduğu infeksiyanın laborator diaqnostikası üçün PCR metodu istifadə olunur. SARS-CoV-2 RNT-nin PCR müayinəsi respirator xəstəliyin klinik simptomları olan, infeksiyaya şübhəli xəstələrlə kontaktı olan, xüsusən də epidemik cəhətdən aktiv bölgələrdən gələnlərdə aparılır. PCR diaqnostikasında saxta mənfi nəticəni istisna etmək üçün ilk müayinədən 5-7 gün sonra dinamik müşahidə aparılmalıdır.

Laborator tədqiqat üçün əsas biomaterial burun-boğaz və ağız-boğaz nahiyələrindən götürülən yaxmadır. Tədqiqat üçün bioloji material, həmçinin aşağıdakılar ola bilər: endotraxeal və nazofaringeal aspirat, bəlğəm, ağciyərin biopsiya və ya autopsiya materialı, qan, sidik və bronxial lavaj suyu.

Bu gün COVID-19-un müalicəsində effektivliyi sübut olunmuş hər hansı bir dərman preparatı yoxdur. SARS-CoV-2 yoluxmuş xəstələr simptomatik terapiya almalıdırlar. Bir sıra dərmanlar, eləcə də xalq təbabəti xəstələrin ümumi halının yaxşılaşmasına və COVID-19 əlamətlərinin yüngülləşdirməsinə kömək edə bilər. DST COVID-19 infeksiyasının qarşısını almaq və ya müalicə etmək üçün antibiotiklər də daxil olmaqla hər hansı bir dərmanla özünü müalicə etməyi tövsiyə etmir. Eyni zamanda xalq təbabəti vasitələrinin klinik tədqiqatları aparılır. ÜST yeni klinik məlumatlar olduqda yenilənmiş məlumatları yayımlamağa davam edir. SARS-CoV və MERS-CoV koronavirusları ilə əlaqəli atipik pnevmoniyalı xəstələrin klinik təcrübə məlumatlarının təhlili bənzər etioloji təsirli dərmanları birlikdə təyin etməyə imkan verir. Bunlara lopinavir + ritonavir, ribavirin və interferon preparatları (oseltamivir) daxildir. Bu dərmanlar bu gün də COVID-19 olan xəstələrin müalicəsində istifadə olunur.

Kombinə olunmuş dərman lopinavir + ritonavir (kaletra) HİV infeksiyasını müalicə etmək üçün istifadə olunur və virus proteazaların inhibitorudur. Bu dərman MERS-CoV infeksiyasının müalicəsində öz təsdiqini tapmışdır və hazırda yeni SARS-CoV-2 koronavirusunu müalicə etmək üçün istifadə olunur.

Ribavirin virus etiologiyalı infeksiyalar üçün kifayət qədər geniş tətbiq olunan bir antiviral dərmandır. Ribavirin SARS-CoV infeksiyasının Çində, Sinqapurda və digər ölkələrdə müalicəsində tətbiq olunub, lakin dərman vasitəsinin güclü yan təsirlərə səbəb ola biləcəyini nəzərə alınaraq ehtiyatla istifadə edilməlidir (ilk növbədə anemiya və trombositopeniya).

Simptomatik müalicəyə aşağıdakılar daxildir: qızdırma salıcı preparatlar (paracetamol), çoxlu isti maye qəbulu (sutkada 2,5 litr), rinit və rinofarengit üçün kompleks terapiya (nəmləndirici / eliminasiyon dərmanlar), vitamin terapiyası (C vitamini yüksək dozalarda). QSİƏ preparatların qızdırmasalıcı məqsədlə istifadəsi tövsiyə edilmir (Brufen, ibuprofen, diklofenak,n imesulid və s.).

Virus əleyhinə immun reaksiya zəiflədiyinə görə qeyri-spesifik immunstimullaşdırıcı terapiya əsaslandırılmış hesab edilə bilər. Mövcud xroniki xəstəlikləri nəzərə alaraq müalicəni davam etdirərkən orqan və sistemlərə əlavə təsiri olmayan dərmanların seçilməsinə xüsusi diqqət yetirilməlidir.

Bir müddət əvvəl köhnə malyariya əlehyinə preparat hidroksixlorokin (plakvenil) ilə azitromisin kombinasiyasına ümid edilirdi. Koronavirus infeksiyasının müalicəsində onun effektivliyi Çin təcrübəsində və Fransada aparılan kiçik bir araşdırmada göstərilmişdi. Bununla birlikdə bir sıra mütəxəssis hidroksixlorokinin effektivliyinin sübut olunmadığını israr edir. Həkimlər insanların kütləvi şəkildə öz-özünə dərman qəbul etmələrindən və sağlamlıqlarına təhlükə yaratmalarından narahatdırlar.

Koronavirus infeksiyasının qarşısının alınması son dərəcə vacibdir. Hava-damcı üsulu ilə ötürülən pandemik virusların profilaktikası müalicədən daha effektlidir. SARS-CoV-2 koronavirus kimi hava-damcı yolu ilə ötürülən viruslarla mübarizə aparmaq üçün təsirli bir vaksin hazırlanmalıdır.

Çox güman ki, koronavirus vaksini tezliklə meydana çıxacaq, çünki vaksin yaratmaq cəhdləri indi bütün dünyada davam edir. ABŞ və Kanadada sınaqların klinik mərhələsi başlanılıb. Qısa müddətdə vaksin hazırlamaq mümkün olsa bu bir dünya rekordu olacaq.

Dünyadakı insanların gələcək sağlamlığı üçün koronavirusa qarşı kollektiv immunitet yaradılmalıdır, yəni əhalinin 70 faizində virusa qarşı immunitet olmalıdır. Yeni növ koronavirus peyvəndi olmadığı təqdirdə mövsümi qripə qarşı peyvəndin tətbiqinin profilaktik əhəmiyyətinin ola biləcəyi bildirilir.

Bu gün COVID-19 barədə məlumatlar tarixi məyusluq və tələsik qərarlarla yanaşı, həvəsləndirici xəbərlər və nəticələrlə doludur.

Lalə Allahverdiyeva ATU-nun kafedra müdiri,

tibb elmləri doktoru, professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM