Alternative content

05:30 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMTM: Qondarma “seçkilər” Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyinin daha bir göstəricisidir
BMTM: Qondarma “seçkilər” Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyinin daha bir göstəricisidir
ANA SƏHİFƏ / SİYASƏT
18:12 30.03.2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma "seçkilər”lə bağlı açıqlama yayıb.

BMTM-dən AZƏRTAC-a bildirilib ki, 2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbərliyinə (prezident və parlament) işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni "seçkilər”in keçirilməsi planlaşdırılır.

Vurğulanır ki, koronavirus pandemiyasının sürətlə yayıldığı bir dövrdə bütün dünyada kütləvi tədbirlər və insan toplantılarının təxirə salındığı halda, işğalçı rejimin öz siyasi oyunlarından əl çəkməməsi bir daha işğal altındakı torpaqlarda yaşayan insanların həyatlarına, sağlamlıqlarına və təhlükəsizliklərinə etinasız münasibətin göstəricisidir. Qeyd edilməlidir ki, işğal edilmiş və etnik təmizləmə keçirilmiş Azərbaycan ərazilərində bu cür siyasi tamaşalar həm Azərbaycan Respublikasının qanunvericiliyinin, həm də bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Bu qondarma "seçkilər” işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhdlərdən biri olmaqla, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti heç bir şəkildə Ermənistanın üzərindən götürə bilməz.

Qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında da işğal edilmiş ərazilərdə bütün məsuliyyətin Ermənistan üzərinə düşdüyünü bir daha göstərməklə, qondarma "Dağlıq Qarabağ” rejiminin heç bir hüquqi və siyasi legitimliyinin olmadığını təsbit edib.

Vurğulanır ki, bu və ya buna bənzər əvvəlki digər qanunsuz seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur, Azərbaycan torpaqlarının işğalı faktını heç bir şəkildə dəyişdirə bilmir və bilməz. Beynəlxalq hüquq tərəfindən qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanınan işğal altındakı torpaqlarda hansısa "seçkilər”in keçirilməsi, hakimiyyət orqanlarının formalaşdırılması və vətəndaşların iradələrinin ifadə edilməsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyi əsasında, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşların iştirakı ilə mümkündür. Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri daxilində seçkilər yalnız və yalnız ölkə qanunvericiliyi, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşlarının iştirakı ilə keçiriləcəyi təqdirdə hüquqi qüvvəyə malikdir.

"Azərbaycanın işğal edilmiş ərazilərində əvvəllər də keçirilmiş bənzər "seçkilər”ə beynəlxalq təşkilatlar və dövlətlər dəfələrlə müvafiq siyasi qiymətlərini veriblər. 2017-ci il fevralın 20-də Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "referendum”un konstitusion və hüquqi çərçivələrini tanımadığını bəyan etmişdi. Bundan əlavə, Avropa İttifaqı həmin "referendum”un və onun nəticələrinin hansısa formada Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə təsir edə bilməyəcəyini göstərib. 2019-cu ilin dekabrında bu mövqeyi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini həmin ilin sentyabrında keçirilən qeyri-qanuni "mer seçkiləri”nə münasibətində bir daha təsdiq edərək "həmin seçkilərin konstitusion və hüquqi çərçivələrini” tanımadıqlarını, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirib. Bundan əvvəl - 2012-ci ildə qondarma rejimin "prezident seçkiləri”ni Avropa İttifaqı, NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tanımamış və pisləmişdi.

Nəticə olaraq təəssüflə qeyd etməliyik ki, göstərilən qeyri-qanuni "seçkilər” Ermənistan rəhbərliyinin münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqenin və işğalçı siyasətinin daha bir göstəricisidir. Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq dünya ictimaiyyətini münaqişənin həllinin bölgənin azərbaycanlı və erməni icmalarının bərabər iştirakı ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəkləməyə, bölgədə əvvəl keçirilən qeyri-qanuni "seçkilər”ə verilən müvafiq qiymətlərində daha prinsipial olmağa çağırır”, - deyə açıqlamada bildirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM