Alternative content

01:28 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tokio Olimpiadasının keçiriləcəyi vaxt dəqiqləşdirilib
Tokio Olimpiadasının keçiriləcəyi vaxt dəqiqləşdirilib
ANA SƏHİFƏ / DÜNYA
18:05 30.03.2020

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı Tokio paytaxt hökumətinin rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilir ki, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.

Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.

Xatırladaq ki, dünyanı ağuşuna almış "COVID-19” koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM