Alternative content

13:39 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziyalı jurnalist Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “seçkiləri” ləğv etməyə çağırıb
İndoneziyalı jurnalist Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “seçkiləri” ləğv etməyə çağırıb
ANA SƏHİFƏ / SİYASƏT
18:03 30.03.2020

İndoneziyanın ingilis dilində nəşr olunan nüfuzlu "The Jakarta Post” qəzetinin müxbiri Viramala Ancaya 2020-ci il martın 31-də qondarma "Dağlıq Qarabağ Respublikasında” təşkil olunması nəzərdə tutulan qeyri-qanuni "prezident və parlament seçkiləri”ni ləğv etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, "eurasiareview.com” saytında dərc edilən "Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin” adlı məqalədə müəllif sözügedən qondarma respublikanın varlığından yalnız ermənilərin xəbərdar olduğunu, hətta Ermənistanın belə hüquqi olaraq bu "ölkə”ni tanımadığını bildirir.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı haqqında məlumat verən V.Ancaya bir milyondan çox soydaşımızın hələ də qaçqın və məcburi köçkün həyatı yaşamasından və Xocalı soyqırımından geniş bəhs edib.

Jurnalist qondarma rejim tərəfindən "seçkilərin” keçirilməsinin qeyri-qanuni olması ilə yanaşı, həm də ATƏT-in Minsk qrupunun iştirakı ilə aparılan danışıqlara böyük zərər vurduğunu qeyd edib. O, Ermənistan rəhbərliyinin ölkədə koronavirus epidemiyasının geniş vüsət aldığı bir dövrdə qeyri-qanuni "seçkilər”ə 300 müşahidəçi göndərdiyinə diqqət çəkərək, bu halın pandemiyanın Dağlıq Qarabağ bölgəsinə yayılmasına şərait yaratdığını bildirib. V.Ancaya dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Ermənistanın və separatçı rejimin zəif səhiyyə sistemlərini inkişaf etdirmək əvəzinə, xaricdən silah alınmasına böyük diqqət ayırdıqlarını vurğulayıb.

Məqalədə, həmçinin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyevə bu bölgənin erməni icmasının bir qrup üzvün tərəfindən oradan seçilmiş nümayəndə kimi müraciət edildiyi də bildirilib. Belə ki, koronavirus epidemiyası nəticəsində bölgədəki ermənilərdə yoluxma hallarının çoxalması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyətdə olması, tibbi yoxlama üçün avadanlığın və tibbi heyətin çatışmazlığı, eləcə də Ermənistan və separatçı rejim tərəfindən bu həqiqətlərin məqsədli şəkildə gizlədilməsinə dair icma rəhbərinin məlumatlandırıldığı qeyd olunub. O cümlədən T.Gəncəliyevin Ermənistan tərəfindən işğala son verildikdən sonra Azərbaycanın sözügedən bölgədə səhiyyə infrastrukturunu yenidən bərpa edəcəyini və hər iki icmanın müasir standartlara cavab verən səhiyyə sisteminin imkanlarından faydalanacağına əminlik ifadə etdiyi vurğulanıb.

Məqalədə koronavirus epidemiyası ilə əlaqədar martın 16-da Nikol Paşinyanın ölkədə fövqəladə vəziyyət elan etməsi, o cümlədən onun və qondarma rejimin rəhbərliyinin əhaliyə Ermənistan və Dağlıq Qarabağ arasında səfərləri dayandırmaq barədə çağırışına baxmayaraq, qondarma rejimin martın 31-də "seçkilər” keçirməkdə təkid etdiyi bildirilir. İndoneziyalı jurnalist "seçki”nin nəticəsindən asılı olmayaraq, separatçı rejimin idarə olunmasının yenə də Yerevan tərəfindən həyata keçiriləcəyini qeyd edib.

Viramala Ancaya qeyd edib ki, ermənilər Azərbaycan torpaqlarının işğalının onlara heç bir faydası olmadığını, bu işğalın ölkəyə yalnız iqtisadi çətinliklər və külli miqdarda dövlət borcu yaratdığını başa düşməlidir. Müəllif erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin müvafiq qətnamələrinə və Azərbaycan tərəfindən Dağlıq Qarabağa yüksəksəviyyəli muxtariyyət verilməsi barədə təkliflərinə baxmayaraq, Ermənistan tərəfinin aparılan sülh danşıqlarında hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə diqqət çəkib.

Məqalənin yekununda Viramala Ancaya işğalın Ermənistan tərəfinə faydalı olmadığını və işğala son qoyulacağı təqdirdə bunun ölkənin iqtisadi inkişafının, əhalinin rifahının yüksəlməsinə gətirib çıxaracağını vurğulayıb. Müəllif qondarma "Dağlıq Qarabağ Respublikasında” 2020-ci il martın 31-də təşkil olunacaq qeyri-qanuni "seçkilər”in həm sülh, həm də insanların rifahı naminə ləğvinin sülh danışıqları yolunda atılacaq vacib konstruktiv addım kimi qiymətləndirilə biləcəyini ifadə edib.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://www.eurasiareview.com/30032020-cancel-illegal-elections-in-nagorno-karabakh-oped/



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM