30 Mart 2020 13:47
402
SİYASƏT
A- A+

Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq


Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin tapşırıqları ilə bu infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin martın 30-da keçirilən iclasında Sədr Sahibə Qafarova deyib.

O bildirib ki, Milli Məclis də koronavirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir.

"Milli Məclisin gələcək iclaslarını da onlayn qaydada keçirməyi planlaşdırırıq”, - deyə Sədr əlavə edib.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə əksər iş yerlərinin, təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu Fonda müxtəlif qurumlar, şəxslər tərəfindən maliyyə vəsaitləri köçürülür. Milli Məclis tərəfindən də bu Fonda 250 min manat vəsait ianə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video