30 Mart 2020 13:46
515
SİYASƏT
A- A+

“Biz birlikdə güclüyük!” şüarı ilə səfərbər olan cəmiyyətimiz bu bəlanın da öhdəsindən şərəflə gələcək


Koronavirusun dünyada yayıldığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi çevik və doğru qərarlar, risklərin düzgün idarə edilməsi istiqamətində verdiyi qəti göstərişlər əhali arasında xəstəliyin geniş yayılmasının ciddi şəkildə qarşısını aldı. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və onun çevik fəaliyyəti xəstəliklə mübarizədə daha əlverişli mövqedə olmağımızı təmin etdi.

Bu sözləriAZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Ağayev deyib.

O qeyd edib ki, dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

Yusif Ağayev deyib ki, "Biz birlikdə güclüyük!” şüarı ilə səfərbər olan cəmiyyətimiz əzmkarlıq, iradə və fədakarlıq nümayiş etdirərək bu qlobal bəlanın da öhdəsindən şərəflə gələcək. Bu cür qlobal böhranlar və riskli vəziyyət dünya ölkələri və liderləri üçün bir sınaq olur. Hər bir dövlət başçısının potensialı və idarəetmə bacarığı məhz çətin və gözlənilməz anlarda üzə çıxır. Bu gün bir həqiqət bir daha təsdiq olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin risklərin qarşısını almaq və onları idarə etmək sahəsində böyük təcrübəyə malikdir. Bu, ölkə vətəndaşlarında əminliyi və inamı artıran ən vacib amillərdəndir.

"Ulularımız deyib ki, hər bir çətinliyin, hər bir qorxunun sonunda bir işıq var. "Evdə qal” deyərək sağlamlığımızı qorumaq, eyni zamanda, mənəvi dünyamızı zənginləşdirmək, sosial şəbəkələrin, virtual həyatın və distant müzakirələrin vacibliyini anlayaraq, yeni həyat platformaları kəşf etməliyik. Vaxtımızı düzgün idarə edərək, bu mübarizə imkanını doğru dəyərləndirib səmərəli istifadə etməliyik”, - deyə Y.Ağayev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video