Alternative content

17:47 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk
Səfirlik: Tam tərkibdə və gücləndirilmiş rejimdə vətəndaşlarımızın üzləşdiyi məsələlərin həllinə dəstək veririk
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:15 29.03.2020

Bölgəmizdə yeni tip koronavirus (COVİD-19) pandemiyası yayılmağa başlayandan etibarən Azərbaycanın Türkiyədəki səfirliyi dövlət siyasətinin tərkib hissəsi kimi Azərbaycan vətəndaşlarına mümkün dəstək göstərmək istiqamətində fəaliyyətini davam etdirir.

AZƏRTAC- xəbər verir ki, bu ifadələr səfirliyimizin mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb. Bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərmişdir. Həmçinin, Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunmuş, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılmış, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanmışdır. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilmişdir.

Yuxarıda göstərilənlərə görə, Türkiyə hökumətinə, xüsusilə də Xarici İşlər Nazirliyinə dərin minnətdarlıq ifadə olunur.

Daha sonra vurğulanır ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM