Alternative content

18:05 25 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Nəqliyyat Agentliyi 5 yeni xüsusi ekspres marşrut xətti təşkil edir
Bakı Nəqliyyat Agentliyi 5 yeni xüsusi ekspres marşrut xətti təşkil edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:19 29.03.2020
 
Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və sair) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda, digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə "BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar martın 30-dan xidmətə başlayacaq.

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş yerlərdə dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.

Təşkil olunacaq ekspres xətləri

1. M3 "Koroğlu” metro stansiyası – "28 May” metro stansiyası

2. M4 "20 Yanvar” metro stansiyası – S.Vurğun bağı

3. M5 "Koroğlu” metro stansiyası – "20 Yanvar” metro stansiyası

4. M6 "Əhmədli” metro stansiyası – S.Vurğun bağı

5. M7 "İnşaatçılar” metro stansiyası – "N.Nərimanov” metro stansiyası

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xətlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək. Sərnişinlərə zəruriyyət olmadığı təqdirdə evdən çıxmamaları tövsiyə edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM