29 Mart 2020 15:35
978
CƏMİYYƏT
A- A+

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib

 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə kameralar vasitəsilə inzibati tənbeh tədbirləri tətbiq olunacaq. Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət olunub. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin, xüsusi ilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil.

V.Əsədov qeyd edib ki, bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərinin pozulması bəzi sürücülər tərəfindən səhlənkarlığa yol verilir və avtomobillər idarə olunur. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.

Bildiririk ki, karantin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh tədbirlərinin Bakı şəhər üzrə görülməsinə start verilir. Belə ki, kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Deməli bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.

Eyni zamanda, hər kəsi yenidən "Evdə qal” kompaniyasına qoşulmağa dəvət edirik. Bir daha yadınıza salırıq ki, "Evdə qal” kompaniyasına qoşulmaq Bakı şəhər ərazisində yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına təsir göstərir. Ayrıca da hazırda paytaxt ərazisində idarə edilən kommunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsində olan şəxslərin də sərbəst hərəkətinə şərait yaradılır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar.

Beləliklə də həmin şəxslər özlərini, həm ailə üzvlərini, həm də digər şəxslərin sağlamlığının qayğısına qalmış olurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video