Alternative content

00:07 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV KİV-lər: Tokio Olimpiadasının açılışı 2021-ci il iyulun 23-də keçirilə bilər
KİV-lər: Tokio Olimpiadasının açılışı 2021-ci il iyulun 23-də keçirilə bilər
ANA SƏHİFƏ / İDMAN
14:51 29.03.2020
 
Yeni növ koronavirus xəstəliyi ilə bağlı yaranan pandemiya səbəbindən təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları tədbirin açılışının 2021-ci il iyulun 23-də keçirilməsi məsələsini müzakirə edirlər. Bu barədə "New York Times" qəzeti xəbər verib.

Martın 27-də "Kyodo" agentliyi xəbər yayıb ki, Tokio Olimpiadasının keçiriləcəyi yeni tarix yaxın 3 həftə ərzində müəyyən ediləcək. Lakin "New York Times" qəzetinin müsahibinin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) hazırda Olimpiya Oyunlarının keçirilmə tarixini daha əvvəl elan etmək niyyətindədir. Bu məsələnin müzakirəsi üçün BOK-un təcili görüşü bazar gününə nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, Tokio Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək olan dövrə planlaşdırılmışdı. Martın 24-də BOK koronavirusla bağlı vəziyyəti nəzərə alaraq, Oyunların 2021-ci ilədək təxirə salınmasını elan edib.

Xatırladaq ki, Mərkəzi Çində 2019-cu ilin sonlarında baş qaldıran yeni koronavirus xəstəliyi sonradan dünyanın 160 ölkəsinə yayılıb və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunub. Son məlumatlara görə, dünya üzrə COVID-19 virusuna yoluxanların sayı 650 min nəfər təşkil edir, 30 min nəfər isə bu xəstəliyin qurbanına çevrilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM