Alternative content

04:27 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vüsal Qasımlı: Pandemiya tələb və təklifin artım tempini yavaşladır
Vüsal Qasımlı: Pandemiya tələb və təklifin artım tempini yavaşladır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:37 29.03.2020
 
Pandemiya tələb və təklifin artım tempini yavaşladır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
 

O bildirib ki, qlobal şoklar və pandemiya ölkəmizdə məcmu tələb və məcmu təklifin artım tempinə mənfi təsir göstərir: "Qlobal səviyyədə də tələb-təklif spiralı aşağı istiqamətlənib. Buna baxmayaraq, bu ilin ilk rübündə Azərbaycanda ÜDM-in artımı real ifadədə mümkün olacaq. Xüsusən də, qeyri-neft sənayesi, bitkiçilik, informasiya və rabitə xidmətləri bu artımın əsas drayverləri olacaq. Lakin neft qiymətlərinin kəskin düşməsi fonunda ilin birinci rübündə ÜDM deflyatorunun da aşağı düşməsi proqnozlaşdırılır. 2017-ci ildən azalan ÜDM deflyatorunun cari ilin ilk rübündə ən aşağı həddə enəcəyini proqnozlaşdırmaq olar. Bu da birinci rübdə ölkədə məhsul və xidmət istehsalının nominal qiymətinə mənfi təsir edəcək. ÜDM deflyatorunun azalması tədiyyə balansına, beynəlxalq investisiya mövqeyinə və yığım səviyyəsinə də mənfi təsir edir”.

V.Qasımlı qeyd edib ki, hazırkı qlobal iqtisadi böhran şəraitində makroiqtisadi siyasət seçimi iki qərar arasındadır - pandemiyanın qarşısının alınması və resessiyaya yol verilməməsi. Azərbaycan hökuməti bütün vasitələrdən istifadə edib pandemiyanın qarşısını almaqla yanaşı, həm də bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib.

"Likvidlik tələsinə düşən və uçot dərəcəsi sıfıra yaxınlaşan bəzi Avropa ölkələri böhranla mübarizədə "helikopter pulları”, avrobond və "koronabond”dan istifadə etməklə maliyyə resursları cəlb etmək məcburiyyətində qalıb. İnkişaf etməkdə olan 80 ölkə isə Beynəlxalq Valyuta Fondunun dəstəyinə arxalanır. Böyük 20-lik də ehtiyacı olan ölkələri böhranla mübarizədə dəstəkləmək üçün 5 trilyonluq büdcə ayırmaq barədə qərara gəlib. Əlbəttə, "havayı pendir yalnız tələdə olur”. Bu arada Azərbaycanın əhəmiyyətli valyuta ehtiyatlarını, güclü fiskal mövqeyini və aşağı xarici borc səviyyəsini əsas götürən "Standard and Poor's” agentliyi ölkəmizin beynəlxalq kredit reytinqini dəyişməyərək "BB+” səviyyəsində saxlayıb. Qlobal şokların təsiri altında Azərbaycanda cari əməliyyatlar hesabında, kapital və maliyyə hesabında kəsir yaranarsa, ehtiyat aktivlərlərin həcmi imkan verəcək ki, kəsirin maliyyələşməsi həyata keçirilsin. Onsuz da, həm qlobal, həm də milli səviyyədə iqtisadiyyatlar itkiyə məruz qalacaq. Əsas məsələ itkini minimallaşdırmaq, xarici borcu nəzarətdə saxlamaq və post-korona dövrünə daha yaxşı hazırlaşmaqdır. Bir məsələ də var ki, Azərbaycanda təklifin artım sürətinin yavaşıması biznes dövrü ilə deyil, xarici şoklarla bağlıdır. Deməli, xarici şokların təsiri kuliminasiya nöqtəsinə çatıb səngiməyə başlayanda Azərbaycan iqtisadiyyatı da öz biznes dövrünə uyğun inkişafını bərpa edəcək. Hansı ki, qlobal iqtisadiyyatda hətta koronaböhrandan əvvəl də artım tempi yavaşıyırdı.

Azərbaycanın xarici borc və monetar yumşalma deyil, öz resursları ilə böhranla mübarizə aparması ölkəmizi post-böhran dövründə daha əlverişli vəziyyətə çıxaracaq. Keyns nəzəriyyəsinə görə, böhran zamanı hökümətin müdaxiləsi zəruridir. Bir şərtlə ki, dəstək proqramı səmərəli və nəticə-əsaslı tətbiq edilsin. Lakin Rikardo-Barro effektinə görə, hökumətlərin borca əsaslanan indiki xərcləmələri, gələcəkdə həmin borcu qaytarmaq üçün vergi yükünü artırır. Hər iki yanaşmanı nəzərə alanda Azərbaycan böhranla mübarizədə daha əlverişli vəziyyətdədir. Başqa sözlə, Azərbaycan hökumətinin bu gün iqtisadiyyata verdiyi dəstəyi, sabah vətəndaşımız vergi kimi geri qaytarmaq məcburiyyətində qalmayacaq. Çünki Azərbaycanda sosial bazar modeli qurulub və dövlətin siyəsətinin mərkəzində vətəndaş dayanıb”, - deyə o əlavə edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM