Alternative content

07:31 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uxandan Avropaya qatarların hərəkəti bərpa olunub
Uxandan Avropaya qatarların hərəkəti bərpa olunub
ANA SƏHİFƏ / DÜNYA
23:49 28.03.2020

Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Uxan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub.

AZƏRTAC xəbər verir ki, martın 28-də "China Railway Express” şirkətinə məxsus qatar Uxan stansiyasından Almaniya istiqamətində yola düşüb. Qatarın 15 günə Duysburq şəhərinə çatması gözlənilir. Əlli konteynerdən ibarət qatarın yükünün təxminən 90 faizi Uxandakı müəssisələrin istehsalı olan məhsullardır. Buraya pandemiya ilə mübarizədə istifadə olunacaq 166 ton tibbi ləvazimat, avtomobil ehtiyat hissələri və aksessuarları, elektronika malları, fiberoptik kabel, habelə tikinti materialları daxildir. Mallar Duysburqdan Almaniyanın müxtəlif şəhərləri ilə yanaşı, Fransa, Macarıstan, Çexiya və Polşaya da göndəriləcək. İlkin mərhələdə Avropaya həftədə 2-3 qatarın yola salınması planlaşdırılıb. Aprel ayında isə qatarların hərəkəti tam bərpa olunacaq.

Uxanda koronavirusun sürətlə yayılmağa başladığı dövrdən fəaliyyəti dayandırılmış metronun və şəhərlərarası qatarların hərəkəti də martın 28-də bərpa olunub. Sian şəhərindən gələn sərnişin qatarı Uxanın Uçanq vağzalında qəbul olunub. Bu, iki aylıq fasilədən sonra Uxana Çinin digər şəhərlərindən gələn ilk qatar olub. Vağzalı tərk etməzdən əvvəl bütün sərnişinlərin tibbi müayinəsi aparılıb.
Şəhərdə əsas altı metro xətti üzrə qatarların da hərəkəti bərpa olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM