Alternative content

22:52 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tanrıverdi Mustafayev: “Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Tanrıverdi Mustafayev: “Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
19:58 28.03.2020
"Azərişıq” ASC dövlətimizin başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır.

Bunu son günlər "Azərişıq” ASC-nin əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi MustafayevAZƏRTAC-a açıqlamasında deyib.

Təmsil etdiyi qurumun bu günlərdə gücləndirilmiş iş rejimində çalışdığını vurğulayan T.Mustafayev deyib: "Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu səbəbdən müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən "Azərişıq” olaraq biz də bu təşəbbüsdən kənarda qala bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”.

"Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayaraq vurğulayıb: "Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu, bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da "Azərişıq”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyə edirik ki, sağlamlıqlarını qorumaq üçün aidiyyəti qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda bayıra çıxmasınlar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə "Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə kommunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı videogörüntülər yayılıb. Videoda vətəndaş bu yardıma görə, "Azərişıq” əməkdaşına təşəkkür edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM