Alternative content

23:31 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:50 28.03.2020

Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaydaya əsasən polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:

- operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, "Azərpoçt” MMC-yə məxsus avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;

- təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlarla gedən ailə üzvləri (2 nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri – təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;

- respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər – polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;

- yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

- xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;

- öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.

Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.

Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.

Eyni vaxtda polis postundan 5-dən artıq işçisi keçən müəssisə və təşkilat onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.

Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.

Vətəndaşlardan müvafiq qaydalara əməl etmələri xahiş olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM