28 Mart 2020 16:58
558
CƏMİYYƏT
A- A+

“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib


"Huawei Azerbaijan” koronavirusla (COVID-19) mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib. Xüsusi karantin rejimi ilə bağlı tədbirlərin dəstəklənməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində COVID-19 virusuna qarşı qoruyucu və profilaktik vasitələr Azərbaycana gətirilib.

AZƏRTAC xəbər verir ki, bu vasitələr sırasında tibbi maskalar, steril əlcəklər, gözün selikli qişasını qorumaq üçün hava keçirməyən və tərləməyən eynəklər, həmçinin birdəfəlik tibbi qoruyucu kostyumlar var.

Qeyd olunan xüsusi qoruyucu vasitələrin Heydər Əliyev Fondu tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB), Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəssisəsinə, uşaq evlərinə və internat məktəblərinə təqdim olunub.

Çinin "Huawei” şirkəti Azərbaycanda 17 ildən artıqdır ki, fəaliyyət göstərir. "Huawei Tech. Azerbaijan” MMC-nin baş icraçı direktoru Lu Canlin qeyd edib ki, "Huawei” ötən müddət ərzində həm tərəfdaşları, həm də Azərbaycan xalqı ilə dost münasibətləri qura bilib. Dostluq və tərəfdaşlıq çətin zamanlarda daha vacibdir, çünki əsl dost belə vacib günlərdə tanınar. Məhz buna görə "Huawei” şirkəti COVID-19 pandemiyasına qarşı Azərbaycan hökuməti və xalqı ilə səylərini birləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video