Alternative content

12:43 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səməd Seyidov: Avropa Şurası məruzəçilərinin yalan, nifrət dolu açıqlaması bu təşkilatın iç üzünü bir daha göstərdi
Səməd Seyidov: Avropa Şurası məruzəçilərinin yalan, nifrət dolu açıqlaması bu təşkilatın iç üzünü bir daha göstərdi
ANA SƏHİFƏ / SİYASƏT
16:11 28.03.2020
 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirib.

AZƏRTAC-a açıqlamasında Səməd Seyidov deyib: "Avropa Şurası məruzəçilərinin həqiqəti əks etdirməyən, yalan, böhtan, nifrət dolu, utanc doğuran açıqlaması məndə çox ciddi etiraz və narahatlıq yaratdı. Hesab edirəm ki, bu açıqlama Avropa Şurasının iç üzünü bir daha göstərdi. Bu, həm də Avropa Şurasında gedən proseslərin nə dərəcədə böhran vəziyyətində olmasına dəlalət edir.

Məruzəçilərin bu açıqlaması Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasının açılışında söylədiyi müstəqil siyasət aparan, öz müqəddəratını həll etmək iqtidarında olan dövlət və xalq həmişə təzyiq altında olur fikrini bir daha təsdiq etdi. Dövlətimizin başçısı bildirdi ki, onun bu nitqindən sonra hansısa beynəlxalq təşkilat yenə də bizə hücum edəcək. Avropa Şurası məruzəçilərinin belə bir açıqlama verməsi cənab Prezidentin dediyi sözləri təsdiq etdi”.

Milli Məclisin komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda insan haqları sahəsində çox böyük işlər görülür. Ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün atılan addımlar insan həyatını, Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq niyyətini və fəlsəfəsini özündə əks etdirir. Bundan başqa, bu günlərdə ölkəmizdə həbsxanalardan yüzlərlə məhbusun buraxılmasını, bundan sonra da insan haqları ilə bağlı addımların atılacağını nəzərə alsaq görərik ki, nə qədər böyük işlər görülüb. Bunların heç birini görməmək, Azərbaycana qarşı bu dərəcədə nifrət hissi ilə çıxış etmək o deməkdir ki, koronavirusdan başqa sanki bu insanların beynində "nifrət virusu” da formalaşıb və bu virus hətta koronavirusdan daha təhlükəlidir. Çünki bəşəriyyət koronavirusun müalicəsini nə vaxtsa tapacaq, ancaq bu insanları "nifrət virusu”ndan təmizləmək çox çətin məsələdir. Belə bəyanatlar Avropa Şurası daxilindəki marginal qruplar tərəfindən verilir. Onlar çalışırlar ki, Azərbaycana qarşı hansısa mənfi addımlar atsınlar. Azərbaycan isə belə təxribatçı addımlara gördüyü işlərlə cavab verir. İnanıram ki, bu gün Azərbaycanın gördüyü bu mühüm işlər Avropa ölkələri üçün nümunəvi xarakter daşıyır.

Səməd Seyidov həmməruzəçilərin bu qərəzli, nifrət dolu açıqlaması ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının prezidentinə etiraz məktubu yazdığını da diqqətə çatdırıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM