28 Mart 2020 13:17
477
CƏMİYYƏT
A- A+

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 29-dan xüsusi iş rejimində davam edəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq rejimin tətbiqi koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi əsasında həyata keçirilir.

Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 - "Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti "ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.

Sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.

Bundan əlavə, vətəndaşlara "Elektron hökumət” portalında (https://www.e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video