Alternative content

05:29 31 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İki min yaşı olan göz xəstəliyi - katarakta
İki min yaşı olan göz xəstəliyi - katarakta
ANA SƏHİFƏ / Səhiyyə
11:02 28.03.2020
 
El arasında "mirvari suyu” adlandırılan katarakta göz büllurunun bulanması, onun şəffaflığını itirməsidir. Xəstəlik zamanı gözə düşən işıq şüasının qarşısı alınır. Bu da gözün görmə qabiliyyətinin azalmasına, sonda isə görmənin itirilməsinə gətirib çıxarır. Başqa sözlə desək, katarakta müvəqqəti də olsa, gözdə korluq yarada bilən xəstəlikdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının oftalmoloqu Hafiz Qəhrəmanov məlumat verib.

Oftalmoloqun sözlərinə görə, xəstəliyin yaranma səbəbləri müxtəlifdir: "Bunlar arasında birinci yerdə yaşlanmanı qeyd etmək olar. Çünki adətən katarakta yaşlı insanların xəstəliyi sayılır. İkinci yerdə mübadilə pozulmaları dayanır. Burada da əsas səbəb şəkərli diabetin olmasıdır. Bəzən hipertoniya da dolayısı ilə kataraktanın yaranmasına səbəb ola bilər. Səbəblər arasında növbəti yerləri travmalar, anadangəlmə kataraktalar tutur.

Katarakta kifayət qədər geniş yayılıb. Statistika və oftalmoloji praktika göstərir ki, əhali arasında ən çox əməliyyat məhz katarakta səbəbindən qeydə alınır. Ümumiyyətlə, xəstəliyin özünün çox qədim tarixi - təxminən 2 min yaşı var. Hətta qədim dövrdə də bilirdilər ki, kataraktanı müalicə etmək üçün bülluru çıxarmaq lazımdır”.

H.Qəhrəmanov bildirib ki, xəstəliyin müxtəlif müayinə üsulları var. Müasir dövrdə əməliyyat əsasən büllurun fakoemulsifikasiyası üsulu ilə aparılır. Yəni, əməliyyat ultrasəs tətbiq olunmaqla kiçik kəsik vasitəsilə icra edilir. O diqqətə çatdırıb ki, insanlar çox zaman əməliyyatın heç bir kəsik olmadan şüa ilə aparıldığını düşünür, ona görə də buna bəzən lazer əməliyyatı deyirlər. Lakin bu, elə deyil. Kiçik, yəni 2-2,4 millimetr ölçülü kəsikdən gözün ortasındakı büllur parçalanır, xırdalanır və xaric olunur. Onun yerinə süni büllur, yəni linza implantasiya olunur. Linzanın seçilməsi hər göz üçün fərdidir. Əməliyyat öncəsi ultrasəs və biomaster cihazları ilə gözün özəllikləri, göstəriciləri yoxlanılır. Hər gözə, onun şüanı sındırma qüvvəsinə uyğun süni büllur seçilir və qoyulur.

Hazırda linzalar bir çox ölkələrdə hazırlanır. Akril adlanan materialdan hazırlanan premium linzalar çox mükəmməldir. Onlar insan orqanizminə heç bir zərər vurmadan, bioloji toxumalarla yanaşı, uzun illərboyu, hətta insanın ömrünün sonuna qədər gözün içərisində qalır və onun görmə funksiyalarını yüksək səviyyədə saxlayır.

Mütəxəssis qeyd edib ki, 20 il əvvələ nisbətən katarakta xəstəliyinin cavanlaşdığını demək mümkündür. Belə ki, katarakta əvvəllər yalnız 60-70 yaşdan yuxarı müşahidə olunurdusa, indi 40-45 yaş arasında da rast gəlinir. Bunun səbəbləri çoxdur - ətraf mühit çirklənməsi, qeyri-düzgün qidalanma, qidaların tərkibində olan vitamin çatışmazlığı və s. Xüsusilə havanın çirkliliyi, atmosferdə ultrabənövşəyi şüanın miqdarının artması büllurun erkən zədələnməsinə səbəb olur.

Lakin texniki vasitələr, monitorlar, telefon ekranlarının büllura birbaşa təsiri yoxdur. Monitorlar uzun müddət istifadə olunanda insan orqanizminə, xüsusilə də gözlərə zərər verir. Lakin onlar gözlərdə spazm, yorğunluq yaradır, orqanik dəyişikliyə və kataraktaya səbəb olmur.

Hafiz Qəhrəmanov hər kəsə gözlərini qorumağı məsləhət görüb: "Qaranlıqda mütaliə etmək, uzanıb kitab oxumaq tövsiyə olunmur. Gözləri çox yormamaq üçün oxu rejiminə daha diqqətli yanaşmaq, fasilə ilə oxumaq lazımdır. Qrip və ya digər xəstəliklər zamanı gözlərdə fəsadlar yaranarsa – qızartı, yaşarma, qaşınma və digər əlamətlər müşahidə olunarsa, özbaşına müalicə yerinə, həkimə müraciət etmək vacibdir. Çünki mütəxəssis tövsiyəsi olmadan göz damcılarından istifadə gözlərə daha çox ziyan vura bilər”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM