28 Mart 2020 10:55
771
DÜNYA
A- A+

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

 
Dünyanın 11 dövlətinin BMT və ABŞ-a müraciət edərək İrana qarşı sanksiyaların aradan qaldırmasını xahiş etməsinə baxmayaraq, Vaşinqton sanksiyaları ləğv etməyəcək.

AZƏRTACxəbər verir ki, bu sözləri ABŞ dövlət departamentinin mətbuat katibi Morqan Ortaqus bildirib. Ərəbdilli "Aş-Şark al-Ausat” qəzetinə müsahibə verən mətbuat katibi qeyd edib ki, İrana qarşı təzyiqlər bundan sonra da davam edəcək. İranı yalnız bu yolla danışıqlar masası arxasına qaytarmaq olar. M.Ortaqus onu da nəzərə çatdırıb ki, koronavirusla mübarizə üçün İrana göstərilən humanitar yardımlara sanksiya tətbiq edilmir.

ABŞ Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Mara Kleyn isə bildirib ki, bir çox dövlətlər İrana yardım etmək istəyirlər. Lakin onlar ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. ABŞ rəsmiləri İrana humanitar yardım göstərilməsinə etiraz etmədiklərini bəyan edirlər. Buna baxmayaraq, dövlətlər Vaşinqtonun qəzəbindən qorxaraq yardım göstərməkdən ehtiyatlanırlar.

Qeyd edək ki, İranda koronavirusun geniş yayılması səbəbindən ölkə iqtisadiyyatı ağır vəziyyətə düşüb. ABŞ-ın Maliyyə Nazirliyi isə ötən gün İranın 5 şirkətinın və 15 nəfər hüquqi şəxsinin adını sanksiyalar siyahısına əlavə edib. ABŞ-ın bu addımı bir sıra dünya dövlətləri tərəfindən birmənalı qəbul edilməyib. On bir müsəlman dövləti, həmçinin Rusiya BMT-nin Baş katibi Antonio Quterreşə məktubla müraciət edərək, İrana qarşı sanksiyaların heç olmazsa müvəqqəti olaraq aradan qaldırılmasını istəmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video