Alternative content

05:00 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar
Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar
ANA SƏHİFƏ / SİYASƏT
20:01 27.03.2020

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirib.

Hikmət HacıyevAZƏRTAC-a müsahibəsində deyib: "Ilk növbədə onu qeyd etməliyik ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə müraciətində siyasi partiyalara dialoq təklif edib. Dövlət başçısı Novruz bayramı münasibətilə siyasi partiya rəhbərlərini təbrik edib.

Yeni tərkibdə formalaşmış Milli Məclisdə sədr müavini daxil olmaqla, səkkiz komitənin rəhbərliyində müxalifət partiyalarının nümayəndələri təmsil olunublar. Bütün bunlar onu göstərir ki, ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.

Amma sual olunur ki, niyə AŞPA məruzəçiləri və digərləri bunu görmək istəmirlər? Çünki bu şəxslər manipulyasiya və saxtakarlıqla məşğuldurlar. Onların ölkəmizə qarşı münasibəti həmişə qərəzli olub.

AŞPA-nın məruzəçiləri olan S.Evarsdottir, Roger Gale və Stefan Şennak saxtakarlıqla məşğuldurlarsa, onda onlarla gələcək əməkdaşlıq sual altındadır.

Qlobal pandemiya şəraitində Azərbaycan hökumətinin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrini nəzərə alaraq, atdığı önləyici və səmərəli addımlar, görünür ki, AŞPA-da özünü "məruzəçi” kimi təqdim edən bəzi şəxsləri ciddi şəkildə narahat edir”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM