Alternative content

06:06 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Prokurorluqda vətəndaş qəbulu onlayn rejimdə həyata keçiriləcək
Baş Prokurorluqda vətəndaş qəbulu onlayn rejimdə həyata keçiriləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:27 27.03.2020

Azərbaycan Respublikası Baş Prokurorluğunda vətəndaş qəbulu onlayn rejimdə həyata keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasının (COVID-19) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində ÜST-in tövsiyə və tələblərini nəzərə alaraq, xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi təmin edilir. Göstərilənlərlə əlaqədar, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiqi barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin icrası təmin edilməklə yanaşı, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan müraciət etmək hüququnun sərbəst reallaşdırılmasını təmin edən kompleks tədbirlər görülür. Belə ki, infeksiyanın yayılması ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq prokurorluq orqanlarında vətəndaşların müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir.

Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, qəbulla əlaqədar Baş Prokurorluğun "genprosecutor.gov.az” vebsaytına, [email protected] elektron poçt ünvanına, Baş Prokurorluğun Qəbul otağının 492-98-55 telefon nömrəsinə, Baş Prokurorluğun "961” nömrəli "Çağrı mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161” nömrəli "qaynar xətt” əlaqə mərkəzinə müraciət etmiş şəxslərin qəbulu qanunvericiliklə nəzərdə tutulmuş qaydada informasiya-telekommunikasiya texnologiyalarının videogörüntü funksiyasından istifadə olunmaqla canlı bağlantı (onlayn) rejimində də həyata keçiriləcək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM