27 Mart 2020 17:55
492
İQTİSADİYYAT
A- A+

Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb

Koronavirusun turizm sektoruna təsirinin öyrənilməsinə dair müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyininn mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının turizm sektoruna təsirlərinin öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Turizm agentliklərinin, Dövlət Məşğulluq Xidmətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında keçirilmiş müzakirələrdə turizmin də koronavirus pandemiyasınının neqativ təsirlərinə məruz qalan sahələrdən olduğu, o cümlədən daxili və xarici turist axınının azalması, əvvəlcədən sifariş verilmiş turların və otel sifarişlərinin ləğv olunması və digər müxtəlif tədbirlərin təxirə salınması səbəbindən sahibkarların itkilərlə üzləşdiyi qeyd edilib, bu təsirlərin minimuma endirilməsi üçün çıxış yolları müzakirə edilib, təkliflər dinlənilib.

Sahibkarlara koronavirus infeksiyasının özəl sektora, o cümlədən turizmə təsirinin minimuma endirilməsi üçün görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib və müvafiq təkliflərin hazırlandığı bildirilib. Sahibkarlarla müzakirələr aparılıb, özəl sektorun hazırkı şəraitdə sosial məsuliyyətinin daha da artırılmasının vacibliyi vurğulanıb, bu baxımdan sahibkarlara işdən azad edilməyə, əməkdaşların ixtisarı hallarına yol verməmək, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirmək tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video