27 Mart 2020 17:47
1633
ELANLAR
A- A+

Salyan Rayon İcra Hakimiyyəti 2020-ci ildə Salyan şəhərində küçə və səkilərdə abadlaşdırma və şəhərdəki yolların əsaslı təmiri işlərinin satınalınması məqsədilə A Ç I Q T E N D E R E L A N E D İ R


Salyan Rayon İcra Hakimiyyəti 2020-ci ildə Salyan şəhərində küçə və səkilərdə abadlaşdırma və şəhərdəki yolların əsaslı təmiri işlərinin satınalınması məqsədilə

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

Tender 2 lot üzrə keçirilir:

Lot-1. Salyan şəhərində 2020-ci ildə küçə və səkilərdə abadlaşdırma və əsaslı təmir işlərinin satınalınması

Lot-2. Salyan şəhərində yolların əsaslı təmir işlərinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının analoji işlərdə təcrübəsi, təmir bərpa işləriüzrə üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Muqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu portal vasitəsi ilə ala bilərlər. (əlaqələndirici şəxs: Lalayev Mahir İdris oğlu, telefon: 0-21-255-50-23)

Lot-1. 200 manat

Lot-1. 150 manat

Təşkilat: Salyan Rayon İcra Hakimiyyəti

VÖEN: 7000028611

(XHK 15004) Salyan YXO

Hesab:AZ12 AIIB32051029444300201143 VÖEN: 7000035491

Bank: "Kapitalbank” Salyan filialı

Kodu: 200435

VÖEN: 9900003611

M/H:AZNABZ 01350100000000001944

SWİFT BİK AİİBAZ 2X

İştirak haqqı heç halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

2. tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

3. tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

4. İiddiaçının (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.

4.1 İiddiaçının (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2 iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

4.3 İiddiaçının (podratçının) ixtisas göstəricilərinə dair məlumat(bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir)

-Azərbaycan Respublikasında vergilərə və sosial sığorta ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçının işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;

İiddiaçılar (podratçılar) tenderdə iştirak etmək üçün 1 və 4-cü bəndlərdə göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 aprel 2020-ci il saat 11.00-a tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanətini isə 23 aprel 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş təklilər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaq. İddiaçıların təklifləri 24 aprel 2020-ci il tarixdə, saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Tender Komissiyası


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video