27 Mart 2020 13:44
421
CƏMİYYƏT
A- A+

Koronavirus: ümumdünya təhlükəsi və zəruri dövlət tədbirləri

Koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının ciddi nəzarəti altındadır. Koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il yanvarın 30-da "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir. Xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

Milli Məclisin deputatı Tahir Mirkişili AZƏRTAC-a bildirib ki, hökumətin koronavirusla mübarizə üçün qətiyyətli və vaxtında atılan addımları nəticəsində virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olub. İnsanların sağlamlığını qorumaq üçün atılan sosial təcrid tədbirləri təbii olaraq, ölkədə iqtisadi fəaliyyətə də təsir etməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı müvafiq Sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsini əhatə edir. Sərəncam sosial təcrid tədbirlərindən təsirlənən sahibkarların dövlət başçısının diqqətindən kənarda qalmadığını göstərir. Müxtəlif istiqamətlər üzrə dövlət dəstəyinin və stimullaşdırıcı tədbirlərin təcili həyata keçirilməsi ilə bağlı verilən tapşırıqlar iqtisadi subyektlər üçün mühüm əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun dəstək tədbirləri ilə bağlı təhlillərə başlaması onu deməyə əsas verir ki, bu tədbirlər geniş spektri əhatə edəcəkdir.

Vurğulanıb ki, indiki şəraitdə fiziki və hüquqi şəxslərin, vətəndaşların yaranmış şərait nəticəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsində, gündəlik, aylıq gəlir əldə edilməsində, işçilərin ixtisar edilməməsində isə dəstəyə ehtiyacları vardır. Digər tərəfdən alternativ, müasir, təmassız xidmətlərin də stimullaşdırılması zəruridir: "Dövlətin də atacağı addımların əsasən bu istiqamətlərdə olacağını düşünürəm. Ölkəmizdə aparılan iqtisadi islahatlar, çevik iqtisadi siyasət bu tədbirlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Əminəm ki, həyata keçiriləcək tədbirlər nəticəsində iqtisadi subyektlərimiz böhrandan daha az təsirlənəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video