Alternative content

20:07 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səfir Əkrəm Zeynallı: Azərbaycan Çin dövlətinin pandemiya ilə mübarizədə dəstəyini yüksək qiymətləndirir
Səfir Əkrəm Zeynallı: Azərbaycan Çin dövlətinin pandemiya ilə mübarizədə dəstəyini yüksək qiymətləndirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:34 26.03.2020
 
Biz Çin dövlətinin və xalqının pandemiya ilə mübarizədə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk və bunu heç vaxt unutmayacağıq.

AZƏRTAC xəbər verir ki, bunu ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı "china.org.cn” onlayn nəşrinə müsahibəsində deyib. Diplomat Çinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə strategiyasının uğurlu nəticələrindən, Çin xalqının qlobal səviyyədə sağlamlıq təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb. Bildirib ki, digər ölkələr COVID-19 pandemiyası ilə mübarizədə Çinin təcrübəsindən yararlanaraq, əlaqələndirməni və beynəlxalq əməkdaşlığı gücləndirməlidirlər.

Səfir Əkrəm Zeynallı Çində yeni növ koronavirusun yayılmağa başladığı və şiddətləndiyi günlərdə Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə vəfat edənlərlə əlaqədar başsağlığı məktubu ünvanladığını, Azərbaycandan Çinin Mienyan və Sian şəhərlərinə yardım kimi 20 ton tibbi ləvazimat göndərildiyini, Çində yaşayan və təhsil alan azərbaycanlıların Çinə mənəvi dəstək videosu hazırladıqlarını yada salıb. Bundan başqa, Azərbaycanın "Silk Way” karqo-aviasiya şirkəti epidemiya günlərində Çinə uçuşlarını dayandırmayan azsaylı kompaniyalardan biri olub.

Qeyd olunub ki, hazırda Çin eyni yanaşmanı nümayiş etdirərək, pandemiyadan əziyyət çəkən digər ölkələrə, o cümlədən Azərbaycana dəstək göstərir. Çin Xarici İşlər Nazirliyinin və Dövlət Səhiyyə Komitəsinin dəstəyi ilə baş tutan videokonfrans zamanı çinli ekspertlər infeksiyanın yayılmasına qarşı qabaqlayıcı tədbirlər və xəstələrin müalicəsi ilə bağlı təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşüblər. Bu yaxınlarda Çin hökuməti Azərbaycana COVID-19 infeksiyasını aşkarlamaq üçün analiz dəstləri göndərib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM