26 Mart 2020 20:27
630
DÜNYA
A- A+

G20 virtual sammiti Səudiyyə Ərəbistanı Kralının müraciəti ilə başlayıb

 
Koronavirus pandemiyasının yayılmasına və "neft müharibəsi"nin törətdiyi qlobal iqtisadi fəsadlara həsr olunmuş "Böyük iyirmilik" (G20) qrupuna daxil olan ölkələrin liderlərinin sammiti Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin müraciəti ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, videokonfrans vasitəsilə sammitdə ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqının rəhbərləri, G20 ölkələrinin liderləri çıxış edirlər.

Kral Salman bin Əbdüləziz açılış müraciətində bildirib ki, inkişaf etmiş ölkələr koronavirus pandemiyasına qarşı mübarizədə "müxtəlif cəbhələrdən" daha sərt tədbirlər görməlidirlər. "Böhran daha qlobal xarakter alır, bu səbəbdən bütün dünya bizdən sıx əməkdaşlıq və birgə fəaliyyət gözləyir. Biz koronavirusa qarşı vaksinin tapılması üzrə layihələrin maliyyələşdirilməsinin məsuliyyətini öz üzərimizə götürməliyik. Eyni zamanda, gələcəkdə də infeksiya xəstəliklərinin qlobal miqyasda qarşısını almaq üçün hazırlıqlar görməliyik", -deyə Kral Salman bin Əbdüləziz vurğulayıb.

O əlavə edib ki, G20 ölkələri inkişaf etməkdə olan ölkələrə koronavirusa qarşı infrastruktur qurulması sahəsində yardım etməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video